image-qanunla-reklam
image-92b52230d88d45dabc648b23e0dc57c3

Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biridir

image-lady-day-az

Azərbaycan dilinin qorunması istiqamətində atılmış ən mühüm addımlardan biri Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Belə bir qanunun qəbulu Ulu Öndər  Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla və dolğun aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıdı və bununla yanaşı, həm də ana dilinin dövlət dili kimi hüquqi statusu möhkəmləndirdi.

Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri böyük dövləti əhəmiyyəti öz təsdiqini tapdı. Bu qanunun hazırlanması müstəqilliyimizin bəhrəsidir. Müstəqillik illərində bir çox sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında, qorunmasında dövlət siyasətinin tərkibi kimi həyata keçirilmişdir. Bu siyasət Ulu öndər Heydər Əliyevin 1969-cu ildən başlayaraq dil haqqında apardığı dil quruculuğu konsepsiyasının davamıdır. Ölkə daxilində dilin qorunması və inkişafının həyata keçirilməsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan dövlətçiliyinin həyata keçirdiyi milli siyasətin tərkib hissələrindəndir. Ümummilli Lider Heydər Əliyevin tövsiyələri əsasında dilin inkişaf qanununun hazırlanması, onun dövlət dili səviyyəsində inkişaf təminatının yaradılması ana dili haqqında ardıcıl  siyasətin davam etdirilməsidir.

Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir.

Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində  Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti cənab Preziden İlham Əliyev tərəfindən  inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutur.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki