image-qanunla-reklam
image-sulhmeramli

Azərbaycan da Əfqanıstandan çıxmalıdır – Millət vəkili

image-lady-day-az

ABŞ Əfqanıstanda hərbi iştirakına son qoyur, 20 ildən sonra bu ölkəni tərk edir. Çin də bir neçə gün əvvəl vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırıb.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanın sülhməramlılar tərkibində Əfqanıstanda 120 hərbçisi var:

“Fikrimcə, parlamentin müvafiq komitəsi bu məsələni müzakirə etməlidir. Eyni zamanda hökumətə də müraciət edilməlidir. Nə qədər gec deyil, oradan çıxmalıyıq”.

Deputat daha sonra bildirib ki, ABŞ ərazidən çıxdıqdan sonra Taliban Hərəkatı rəsmi əfqan hökumətinin nəzarətində olan əraziləri bir-bir ələ keçirir:

“Orada islam respublikası qurmaq istəyirlər. Əhali bunu istəyir. Xalqa imkan vermək lazımdır ki, təbii inkişaf yolu ilə getsin”.

Sonda deputat bir daha bildirib ki, ABŞ, Almaniya və digər ölkələr kimi biz də hərbi kontingentimizi Əfqanıstandan çıxarmalıyıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki