image-qanunla-reklam
image-c257b-155610789958028028_750x500

Azərbaycan-Çin münasibətləri konstruktiv şəkildə inkişaf edir

image-lady-day-az

Azərbaycan-Çin münasibətləri konstruktiv şəkildə inkişaf edir.

Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan öz ev tapşırığını yerinə yetirib. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər.Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var.Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki,enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümid edilir ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq. Azərbaycan və Çin arasında iqtisadi əlaqələri tənzimləmək məqsədilə İqtisadi və Ticarət sahəsində əməkdaşlığa dair xüsusi Komitə yaradılmışdır. İki ölkənin prokurorluqları qarşılıqlı təslimetmə haqqında müqavilə imzalayaraq ikitərəfli əməkdaşlıq sahəsində bir çox razılaşmalara gəlmişlər. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirlikləri və Milli Olimpiya Komitəsi ilə Çinin müvafiq qurumlar arasında da əməkdaşlıq və qarşılıqlı yardım sahəsində bir neçə razılaşmalar və müqavilələr imzalanmışdır.. Çinlə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin perspektivləri bir neçə amillə izah oluna bilər. Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri də iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və bu zaman maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalar hesab oluna bilər. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir.

Anar Səfərxanlı, Saatlı rayon fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki