image-qanunla-reklam
image-12d2ae4f-ca42-3623-8294-5f068fd4be4a_850

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub

image-lady-day-az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus iki şirkətin rəhbərliyi dəyişdirilib.

“Qanunla.az”un əldə etdiyi məlumata görə, “Bakı 1 №-li Yol İstismarı” MMC-yə Zaur Həmzəyev, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə isə Etibar Kərimov yeni direktor təyin edilib.

Onlar bu vəzifələrdə müvafiq olaraq Şahin Süleymanovu və Zaur Həsənovu əvəzləyiblər.

“Bakı 1 №-li Yol İstismarı” 1995-cü ildə, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” isə 2004-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 49,3 milyon manat və 0,07 milyon manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki