Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.
Son illərdə enerji təhlükəsizliyi dövlətlər üçün əsas prioritet sahələrdəndir, həmçinin hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyanın üzləşdiyi cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Hər bir dövlət müstəqil siyasət yürütmək üçün ilk növbədə enerji təhlükəsizliyinin həll etməli, təbii ehtiyatlara malikdirsə bu sahədə söz sahibinə çevrilməli, əks halda ölkənin təminatı üçün şaxələndirilmiş enerji təminatını həll etməyə nail olmalıdır. Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibədən sonra Avropa Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçid etmək üçün tədbirləri daha da genişləndirib. Rusiyanın etibarsız təchizatçı olduğunu və qaz bazarını aktiv şəkildə manipulyasiya etdiyi nəzərə alaraq son 6 ay ərzində Rusiyanın iqtisadiyyata və Avropaya təsirini xeyli zəiflətmək mümkün olub. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətin yeni ölçü yaratdığını qeyd edərək bildirib: “Çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək”.
Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət artıq öz bəhrəsini verməkdədir. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Avropa ölkələrinin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməsi ölkəmizin nəqliyyat sektorunun rentabelliyini daha da artıracaq, Çin, Orta Asiya və Avropanın bir-birinə inteqrasiya olunmasında loqistik mərkəz rolunu oynayacaqdır.
Bu gün Azərbaycan Avropa ilə yeni əməkdaşlıq imkanlarını araşdırır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev
Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində jurnalistin suallarını cavablandırarkən Azərbaycanın Avropanın mühüm qaz təchizatçısına çevrilməsi barədə geniş bəhs edib. Trans-Xəzər Qaz Boru Kəməri ilə əlaqədar sualın cavabında dövlət başçısı bildirib ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Biz “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Məlumdur ki, “Cənub qaz dəhlizi” layihəsi müvəffəqiyyətlə icra olunub və artıq iki il yarımdır Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib. Azərbaycan qazının ixrac coğrafiyası getdikcə genişlənir və cari ilin sonuna qədər qoca qitənin daha iki ölkəsinin bizdən mavi yanacaq alacağı gözlənilir.
Prezident İlham Əliyev layihələrin maliyyələşməsi məsələlərinə də toxunaraq demişdir: “Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Trans-Xəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində “Cənub qaz dəhlizi” kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, “Cənub qaz dəhlizi”ni inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha da çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, – mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, – bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir.
Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Trans-Xəzər boru kəmərini inşa etmək istəsə, biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”. Enerji sektorundakı prioritetlərdən biri də “yaşıl enerji”nin inkişafı məsələsidir. Bu sahədə də böyük potensialımız var. Bərpaolunan enerji sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanan sazişə əsasən, ölkəmizdən Avropaya Qara dənizin dibi ilə “yaşıl enerji” xətti inşa ediləcək. Bu ilin fevral ayında Bakıda layihə üzrə Rəhbər Komitənin artıq ilk iclası da keçirilib. Dövlət başçısı bildirib ki, həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə biləcəyimiz üçün yetərli olacaq. Bu, eyni zamanda elektrik enerjisi istehsalında təbii qaza da qənaət etməyə imkan verəcək və qənaət olunmuş həmin həcmləri beynəlxalq bazara çıxarmaq imkanı yaranacaq. ərazisi bütövlükdə “yaşıl enerji” zonası elan edilib. Bütün bunlar yaxın gələcəkdə ölkəmizin həm də bərpaolunan enerji ixracatçısı olacağından xəbər verir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov
Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir
Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəsi zamanı bildirib ki, 2020-ci il noyabrın 10-da Bəyanat imzalanan zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir. Bunlardan biridə sərhədlərin gələcək parametrləri ilə bağlı məsələdir. Çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda bəlkə biz ilin sonunadək tezliklə sülh variantını tapa bilərik.
Həmçinin, dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik. Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Lakin Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli və Ağdam isə tamamilə yerlə-yeksan edilmişdir.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva
Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu
“Avronyus” (Euronews) Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada bu televiziya kanalına verdiyi müsahibəni yayımlayıb. Ona görə də heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin müsahibəsi təhlil olunmaqda və tirajlanmaqdadır.
Bir çox əhəmiyyətli məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara Prezidentin cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. Baxımından xüsusilə diqqətçəkicidir. İlham Əliyev Müzəffər Ali Baş Komandandır və müsahibə Zəfərin rəmzi olan əziz Şuşada verilib; bununla belə, qalib ölkənin Prezidenti məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş liderin qüruru ədalətlə bir arada təcalla edir.
Azərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın Şəri, bizim Zəfər qazanmış ölkəmizin Xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz!
Prezident önəmli görüşlərə, sülh üçün vasitəçilər mövzusuna da toxunub:
“Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir”.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Aliyə Rüstəmova
Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində danışıqlar prosesinə dair açıqlaması hər iki cəbhəyə – Rusiya və Qərbə mesaj, həm də hər iki platformada Azərbaycanın çəkisini artırmaq gedişi hesab edilə bilər. Cənab Prezident İlham Əliyev bildirdi ki, atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil: “Rusiya olub. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.
Qərb və Rusiya arasında danışıqlar prosesini inhisara almaq uğrunda mübarizənin getdiyi sirr deyil. Ukrayna müharibəsinə qədər Rusiyanın inhisarı daha güclü idi, lakin daha sonra Qərbin aktivliyi müəyyən balansın yaranması ilə nəticələndi. Hazırda isə Qərbin vasitəçiliyi daha ön plana çıxıb. Bu o deməkdir ki, proseslərin inkişafına uyğun olaraq balansın yenidən pozulması da mümkündür. Burada dəyişməyən məsələ hansı cəbhənin önə çıxmasından asılı olmayaraq, masada Bakının gündəliyinin ağırlıq təşkil etməsidir, Əliyevin əsas fəaliyyəti də hansısa cəbhəyə üstünlük verməkdən daha çox, gündəliyin qorunub saxlanması və nəticənin əldə edilməsidir. Prezidentin müsahibədə səsləndirdiyi fikirlər hər iki cəbhəyə ünvanlanıb: “Bakı Qərb və Rusiya arasındakı mübarizədə tərəf deyil, hansı tərəf önə çıxacaqsa, onunla işləyəcək”
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva