image-qanunla-reklam
image-media-xbrvyv1vs91pj5pjcstpo6y1i2ggk5d8nnxgapp3_1200-kgal2pzoijcefhvby1us

Azərbaycan – Avropa Şurası münasibətləri barədə

image-lady-day-az

Azərbaycan – Avropa Şurası münasibətləri barədə

Azərbaycanın Avropa təsisatları ilə münasibətləri son illərdə siyasi dialoq və qarşılıqlı əməkdaşlıq müstəvisində daha da genişlənib. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan tərəfdaşlıq ölkələr arasında sabit və davamlı əlaqələrin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan ilə Avropa strukturları arasında inkişaf edən münasibətlər regional sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri iki tərəf arasında siyasi dialoqun davamlı xarakter aldığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşdə regional məsələlər, enerji əməkdaşlığı, iqtisadi əlaqələr və beynəlxalq gündəlikdə duran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan uzun illərdir Avropa ilə əməkdaşlığa xüsusi önəm verən ölkələrdən biridir. Bu əməkdaşlıq müxtəlif istiqamətləri – siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, humanitar və mədəni münasibətləri əhatə edir. Qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər tərəflər arasında etimadın möhkəmlənməsinə də şərait yaradır. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Avropa ilə əlaqələrin inkişafına açıqdır və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu siyasət nəticəsində ölkə Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas tərəfdaşlardan birinə çevrilib. Eyni zamanda iqtisadi və siyasi sahələrdə həyata keçirilən birgə layihələr münasibətlərin davamlı inkişafını təmin edir. Antonio Koştanın Bakıya səfəri tərəflər arasında mövcud əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüşlər zamanı regional sabitliyin möhkəmləndirilməsi, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi kimi məsələlər də müzakirə olunub. Bu mövzular yalnız Azərbaycan üçün deyil, ümumilikdə Avropa regionu üçün də mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Bakıda keçirilən görüşlər göstərdi ki, Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələr qarşılıqlı maraqlara əsaslanan dinamik inkişaf mərhələsindədir. Bu dialoq gələcəkdə siyasi, iqtisadi və humanitar sahələrdə daha geniş əməkdaşlıq imkanları yarada və tərəflər arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verə bilər.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal- Tağızadə Ziya Ariz oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki