image-qanunla-reklam
image-media-img_20260312_174856-16ih7olemykg03w5ar8s

AZƏRBAYCAN AVROPA İTTİFAQI ÜÇÜN UĞURLU TƏRƏFDAŞ ÖLKƏYƏ ÇEVRİLİB!

image-lady-day-az

AZƏRBAYCAN AVROPA İTTİFAQI ÜÇÜN UĞURLU TƏRƏFDAŞ ÖLKƏYƏ ÇEVRİLİB!

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqlədi. Ümumiyyətlə, son illərdə qlobal geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının diversifikasiyası və yeni strateji tərəfdaşlıqların qurulması məsələlərini daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan regionun mühüm aktorlarından biri kimi Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycanın strateji mövqeyi ölkəni Avropa ilə Asiya arasında təbii körpüyə çevirir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarına alternativ enerji mənbələrinin çatdırılması baxımından mühüm rol oynayır. Bu layihə sayəsində Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm paya malikdir. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”. Bu fikirləri dövlətimizin başçısı cənab İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib. Vurğulanıb ki, həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.
Təmiz dünya naminə enerji istehsalına gəlincə, dövlət başçısı enerji sahəsində əməkdaşlığımızın digər istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu, bunun üçün böyük potensiala malik olduğumuzu vurğulayıb: Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq. Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi, ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri və regional sabitlik kimi sahələrdə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı faydalı perspektivlər yaradır. Bu görüş həm də onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda təkcə regional deyil, həm də Avropa miqyasında mühüm siyasi və iqtisadi tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar onu göstərir ki, Antonio Koştanın Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və gələcəkdə daha da inkişaf edəcəyini nümayiş etdirir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və qarşılıqlı investisiyalar bu münasibətlərin strateji mahiyyətini müəyyən edən əsas amillər kimi çıxış edir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki