image-qanunla-reklam
image-17018458404498447603_1200x630

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu

image-lady-day-az

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Dövlətimizin başçısının qəbulda etdiyi çıxışı təkcə 44 günlük Vətən müharibəsinin deyil, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də respublikamızın qələbəsini şərtləndirən amillərə, torpaqların işğalına son qoyulması nəticəsində regionda yaranan yeni reallıqlara və mövcud vəziyyətdə qarşıda duran vəzifələrə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçımızın çıxışında həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlar vardır. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb.

Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Respublikamız danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir. Azərbaycan danışıqların formal aparılmasının əleyhinə idi. Ölkəmiz daim o mövqedən çıxış edirdi ki, ATƏT-in Minsk qrupu formatında sülh danışıqları substantiv nəticələrə hesablanmalıdır. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal məhsulu olan status-kvonun sonsuzadək saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Oxşar məzmunlu münaqişələrə selektiv yanaşma nəyin təzahürüdür? Belə ikili standartlar qlobal miqyasda təhlükəli presedentlərə yol açır. Haqlı sual yaranır: Niyə Ermənistana 30 il ərzində işğalçılıq siyasətini davam etdirdiyinə görə gözün üstündə qaşın var deyən tapılmadı və təcavüzkar dövlət cəzalandırılmadı? Məgər bunu etməyə beynəlxalq təşkilatların, o cümlədən də müvafiq mandat verilən ATƏT-in Minsk qrupunun gücümü çatmadı? Yox! Sadəcə, ortada istək, siyasi iradə yox idi. Açıq-aydın hiss olunurdu ki, müəyyən qüvvələr özünü ərköyün uşaq timsalında aparan Ermənistanın başını sığallayırlar. Belə loyal münasibət işğalçı Ermənistanı yeni ilhaq siyasətinə ruhlandırırdı.BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsini öz gücü hesabına, hərbi-siyasi yolla həll etdi

Azərbaycan bu münaqişəni hərbi-siyasi vasitələrlə həll etdi. “Hərbi variant yoxdur” deyənlərin indi özləri də anlayırlar ki, münaqişənin hərbi yolla həlli var idi. Sadəcə, müəyyən qüvvələr mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”, – deyə vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyətindəki qeyri-ardıcıllıq diqqət çəkməyə bilməz. Gəlin, xatırlayaq. Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir və ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini öz nəzarəti altında saxlaması faktı ilə barışır. Belə görünür ki, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan xalqının iradəsinə yaxşı bələd olmayıblar. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına həmişə inandı və qələbəmizə addım-addım yaxınlaşdı.Azərbaycan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, təcavüzkar dövlətə təsir və təzyiq göstərilməsi, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların heç biri baş vermədi. Azərbaycan 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsini öz gücü hesabına, hərbi-siyasi yolla həll etdi. “Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan Ermənistanın təxribatlarına əzəli torpaqlarını öz gücü ilə işğaldan tam azad etməklə cavab verdi

Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ermənistan ordusu tamam darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Azərbaycanın Silahlı Qüvvələrinin şücaətini dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. “Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!”, – deyə dövlətimizin başçısı qürurla vurğulayıb.

Ümumiyyətlə, 44 günlük müharibə Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu. Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Müharibə dövründə Azərbaycan xalqı bütün məsələlər barədə daim ətraflı məlumatlandırılırdı. Ermənistan hakimiyyəti isə öz xalqını aldatdı və noyabrın 10-da üçtərəfli Bəyanat imzalananda işğalçı ölkənin ictimaiyyəti şok yaşadı. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın baş naziri Nikol Paşinyan zamanında Azərbaycana qarşı 7 şərt irəli sürəndə Prezident İlham Əliyev bu şərtləri rədd etdi və cəmi bir şərt irəli sürdü – işğala son qoyulmalıdır, əks təqdirdə Azərbaycan digər vasitələrlə buna nail olacaq. Beləliklə, Azərbaycan Ermənistanın təxribatlarına əzəli torpaqlarını öz gücü ilə işğaldan tam azad etməklə cavab verdi. Prezident İlham Əliyev Öz sözünü tutdu. Ermənistan kapitulyasiya etdikdən və Azərbaycanın şərtlərini yerinə yetirməyə razı olduqdan dərhal sonra Azərbaycan hərbi əməliyyatları dayandırdı. 1993-cü ildə azərbaycanlıları doğma ev-eşiklərindən heç bir vaxt vermədən, zorla qovan Ermənistandan fərqli olaraq, Azərbaycan torpaqların azad olunmasına vaxt da verdi, hətta Kəlbəcərin boşaldılması üçün verilən müddətin 10 gün uzadılmasına da razı oldu. Öz torpaqlarını işğaldan təmizləyən Azərbaycanın hərbi əməliyyatları düşmən ərazisinə keçirmək imkanları olsa da, ölkəmiz bunu etmədi, çünki bizim belə bir niyyətimiz olmayıb. Müharibə bitəndən sonra söz verildiyi kimi, Azərbaycanın Müdafiə Nazirliyi şəhidlərin siyahısını açıqladı. Onlar haqqında hərtərəfli məlumat telekanallar vasitəsilə ardıcıl şəkildə ictimaiyyətə çatdırılır. Ancaq Ermənistan hakimiyyəti yenə də öz ictimaiyyətini aldadır.Bundan sonra ATƏT-in Minsk qrupu regionda yeni fəaliyyət proqramı ortaya qoymalıdır.Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Artıq müharibənin nəticələrinə uyğun olaraq regionda yeni reallıqlar yaranıb.Bəs bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul olmaq imkanına malikdirlər. Buna uyğun olaraq Minsk qrupu yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Qurum məhz bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Ancaq fərdi olaraq Minsk qrupuna üzv dövlətlər, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda, Minsk qrupunda təmsil olunan 11 dövlətin hamısı, o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib

Dünyanın müxtəlif dövətlərınin marağının Azərbaycana artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu bir məkana çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Şərqi Zəngəzurda və Qarabağda görülən işlər Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Bu gün artıq işğaldan azad olunan ərzilərimiz abadlıq-quruculuq meydanına çevrilib. İnfrastruktur layihələrlə yanaşı keçmiş məcburi köçkünlərin əzəli torpaqlara qayıdışı və məskunlaşması qarşıda duran vəzifələrdəndir. Artıq köç karvanları həmin ərazilərə yol alıb, yüzlərlə sakin öz torpağına qədəm basıbayaq açıb.

Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu bu il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib”. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir

Dekabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir.”

ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır: “Ötən il ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu ilin may ayında Şuşa ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransın Şuşada keçirilməsi  erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Dekabrın 6-da keçirilən Forumun iştirakçıları isə bir gün öncə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək burada görülən işlərlə yaxından tanış oldular.  Nəzərə alsaq ki, Foruma 30 ölkədən  60-dan çox nümayəndə qatılmışdı, qeyd edilən səfər bu sayda iştirakçıların vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğində öz sözünü deyəcək.”

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkəmizin, həmçinin dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır: “Forumda   cənab İlham Əliyevə ünvanlanan suallarda bu fikirlər də yer aldı ki, tarix Prezident İlham Əliyevi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən dövlətimizin başçısının  dəst-xəttini müəyyənləşdirdi. Bu fikirlərin davamı olaraq Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi” sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və  bu məqsədlərə nail olunduğum üçün fəxr edirəm.  Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Sülhlə bağlı onu deyə bilərəm ki, biz regiona sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.  Minsk qrupunun həmsədrləri münaqişənin hərbi yolla həllinin olmadığını bildirirdilər. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarına tarixi Zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamlardan, dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs etdi: “Bildirildi ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə belə bir çağırış da səsləndirildi ki, Ermənistanla Azərbaycan arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.”

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına Azərbaycanın töhfələri təqdir olundu. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi dövlət başçımızın son zamanlar fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin böyük çoxluq təşkil etdiyi bildirildi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc   

 

 

 

Prezident cənab İlham Əliyev :Mən bu cür toplantıları faydalı hesab edirəm

Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi artıq ənənə halını alıb. Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı. Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini açıqladı. Bir daha qeyd olundu ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.

Cənab İlham Əliyevin hər bir çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara xüsusi diqqət yönəldilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Lakin Ermənistan ötən üç ildə sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə səy göstərmədi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında vurğulandığı kimi, imzalarına hörmət edəcəklərinə, uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlarına ümid edirdik. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Onlar müxtəlif səbəblərdən bunu etmədilər. Aparılan bir gündən də az lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik.”

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Cənab İlham Əliyev Forumda Ermənistana bir daha çağırışlar etdi

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir: “Bu baxımdan cənab İlham Əliyevin Forumdakı çıxışı da biri-birindən mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, postmünaqişə dövrünün reallıqları barədə Forum iştirakçılarına geniş məlumat verən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.

May ayında ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdan ötən qısa müddət ərzində Azərbaycanın yazdığı növbəti Zəfər səhifəsi ilə  yenidən dünyanın diqqətind’ olmuşdur. Forum iştirakçıları  işğaldan azad edilmiş Zəngilan rayonunda olaraq burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldular. Şərqi Zəngəzurun hava qapısının Zəngilandan dünyaya açılması bərpa işlərinin nə dərəcədə böyük sürətlə həyata keçirildiyini nümayiş etdirir. Ağalı kəndi qısa müddətdə ilk “ağıllı kənd” olaraq bərpa edildi və sakinlərinə qovuşdu. Forumda ölkəmizin həyata keçirdiyi bərpa işləri yüksək dəyərləndirildi. ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza keçirdiyi xoş hissləri “Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq” fikirləri ilə ifadə etdi.

Cənab İlham Əliyev Forumda Ermənistana bir daha çağırışlar etdi. İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu bildirən dövlətimizin başçısı onu da vurğuladı ki, otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq Azərbaycan beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdı. Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər. Hazırkı dövrün bu reallığı da diqqətə çatdırıldı ki, Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə də məlumatlandırdı

Azərbaycan 30 illik erməni işğalının nəticələrini aradan qaldırır. Bərpa-quruculuq işləri ilə yanaşı, Qarabağa dönüş prosesi də sürətlə davam etdirilir. Ölkədə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. Azərbaycan heç bir ölkədən yardım almadan öz hesabına düşmənin xarabalığa çevirdiyi işğaldan azad olunmuş əraziləri quruculuq ünvanına çevirib. Yeni yaşayış məskənlərinin, şəhər, rayon və kəndlərin yenidən qurulması prosesində Azərbaycan xarakter nümayiş etdirir.

Bakıda keçirilən ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu son dərəcə əhəmiyyətli idi. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı, prosesləri düzgün qiymətləndirməsi və dəqiq təhlilləri bir daha ciddi məqamlarla yadda qaldı.

Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqların fonunda Azərbaycanın regional əməkdaşlıq haqqında, habelə bəzi qeyri-regional aktorların destruktiv siyasətinə münasibəti barədə önəmli açıqlamalar verməklə, həm də Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bölüşdü.

Sirr deyil ki, Prezident İlham Əliyevin forumda önəmli açıqlamaları dünyanın müxtəlif siyasi dairələrinin zəruri nəticələr çıxarmaları üçün əhəmiyyətli idi.

Birincisi, Azərbaycan lideri post-müharibə reallıqlarının regional müstəvidə cərəyan edən prosesləri barədə ətraflı və dolğun məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi şəkildə cavablandırdı. Dövlət başçısı, həmçinin Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıqda Azərbaycanın gələcəyinə dair strateji baxışlarını açıqladı. Üç saat davam edən forumda Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə aparan yolda əldə olunmuş nailiyyətlər haqqında, eləcə də ölkəmizin suverenliyini bərpa etmək imkanına hazırlığı barədə danışdı. Forumda dövlət başçısı Qərbin bəzi siyasi dairələrinin təhrif etməyə çalışdığı mühüm məsələlərə də toxundu. Cənab Prezident bir daha vurğuladı ki, qanunsuz erməni silahlı birləşmələrinin və separatçı siyasi rejimin Qarabağdan çıxarılması ilə sülh yolunda dayanan ən son maneə aradan qaldırıldı.

Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə də məlumatlandırdı. Sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdıran dövlət başçısı gələcək sülh müqaviləsinin ana prinsipləri barədə danışdı. Eyni zamanda, Prezident forumdakı çıxışında Ermənistan ilə gələcək münasibətlərimizə dair önəmli açıqlama verdi, İrəvandakı revanşist qüvvələrə açıq mesaj göndərdi: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”. Dövlətimizin başçısı bir daha vurğuladı ki, Ermənistan xilası və inkişafı, digər böyük qardaşı kənarda axtarmamalıdır. İrəvan regional əməkdaşlığa imkan verən siyasət aparmaqla buna nail ola bilər.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki