image-qanunla-reklam
image-a24c2535dca44025ab53d105bb90d5d0

Avropada hərbi hazırlıqlar BAŞLADI: 500 minlik ordu YARADILIR

image-lady-day-az

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış yüksək hazırlıqlı ehtiyat qüvvələrin yaradılması məqsədilə genişmiqyaslı təlim proqramına start verildiyini açıqlayıb.

Qanunla.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, peşəkar ordu və ərazi müdafiə qüvvələri ilə birlikdə ümumilikdə 500 min hərbçidən ibarət yüksək hazırlıqlı ehtiyat qüvvəsinin formalaşdırılması planlaşdırılır.

Kosiniak-Kamış ehtiyatda olan hərbçilərin sayının təxminən 300 min nəfər olacağını bildirib.

Onun sözlərinə görə, ehtiyat qüvvələrin hazırlanması proqramı bu ilin mart ayından başlayacaq.

Nazir qeyd edib ki, belə ehtiyatın yaradılması zərurəti, digər amillərlə yanaşı, demoqrafik dəyişikliklər və ordunun hər il daha az sayda potensial əsgərə arxalana bilməsi ilə bağlıdır.

Bildirilib ki, ehtiyat qüvvələrə mülki şəxslər könüllü əsasda cəlb olunacaq, onlar müəyyən hərbi hissələrə təhkim ediləcək, müntəzəm təlimlər keçəcək və zərurət yarandıqda sürətli səfərbərliyə hazır saxlanılacaqlar. Nazir vurğulayıb ki, proqramda iştirak həm kişilər, həm də qadınlar üçün bərabər şərtlərlə açıq olacaq.

2026-cı ilin yanvar ayına olan məlumata əsasən, Polşa ordusunda 162 min peşəkar hərbçi də daxil olmaqla ümumilikdə 216,5 mindən çox hərbi qulluqçu xidmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki