Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanı oyun oynamaqda günahlandıraraq, Ukraynada real atəşkəsə çağırıb.
Qanunla.az xəbər verir ki, Kallas Rusiyanın müvəqqəti atəşkəs dönəmində Ukraynaya yüzlərlə PUA buraxdığını xatırladıb və Moskvanı atəşkəslə razılaşmağa məcbur etmək üçün təzyiqi artırmağa çağırıb.
“Real sülh danışıqlarına və Ukrayna ilə oturub danışmağa gəlmək üçün Rusiyaya təzyiq etməliyik”, – Aİ rəsmisi bildirib.
Kallaş vurğulayıb ki, birinci prioritet atəşkəs, ardınca sülh danışıqları olmalıdır:
“Əgər bunu etsələr, Ukraynanı daim bombalamağa davam etsələr, atəşkəs olmasa, atəş altında danışıqlar mümkün deyil”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Türkiyədə danışıqların bərpasını təklif edib.