ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu həftə Ukraynaya səfər edəcək.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT sədri Prezident Volodimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk ilə görüşəcək.


























