image-qanunla-reklam
image-telman-ismayilov_ast

AST Telmanın atasının adını daşıyan stadion satışa çıxarıldı

image-lady-day-az

Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən yeddiulduzlu “Mardan Palace”in daxilindəki “Mardan Stadium” satışa çıxarılıb.

Qanunla.Az Unikal.org-a istinadən xəbər verir ki, T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən “Mardan Stadium” İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.

Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq. Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq.

Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş “Mardan Stadium”da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur.

Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün “Mardan Palace”in satışı dayandırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki