image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir

image-lady-day-az

Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin etməkdədir. Bu gün Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu bəllidir. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqeyə sahiblənib. Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.

Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində idi.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə məlum bəyanatları Azərbaycanın həm diplomatik, həm də hərbi qüdrətinin təsdiqi kimi qəbul olunmalıdır. Ermənistan bütün xarici havadarlarının dəstəyinə rəğmən Azərbaycanın gücü qarşısında geri çəkilməsi ölkəmizin regionda yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə növbəti dəfə ölkəmizin sülh, sabitlik istəyini ifadə etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Zirvə görüşündə iştirakı Azərbaycan liderinin barış, humanizm prinsiplərinə sədaqət nümunəsi kimi xarakterizə olunmalıdır.

Prezident İlham Əliyev Rusiyalı həmkarı ilə görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.

Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir.

Bu reallığın nəticəsi kimi sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinin qarşı tərəfindən artıq qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını rəsmi İrəvana da qəbul etdirmiş oldu.

Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir.

Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali  Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma  üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla,  Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu  ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident  İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi.

Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə  bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi  statistik rəqəmlərə nəzər salmaq  istərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.  Azərbaycanın gəmiqayırma imkanları, həmçinin  Xəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar  mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.

Dövlət başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz  tam iqtisadi müstəqilliyə nail olub. Bu da müstəqil  xarici siyasət kursunu aparmaq üçün  mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq  təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlərin say tərkibi də təsdiqləyir. Azərbaycan 4 ildir  120 dövləti öz sıralarında  birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin quruma sədrlik müddətinin bu il üçün uzadılması təbii ki, uğurlu siyasətimizin,  Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasının nəticəsidir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

İclas  çərçivəsində aparılan müzakirələrdə əsas diqqət Prezident İlham Əliyevin  Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçməsi idi. Dövlət başçısı İlham Əliyev “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək Nikol Paşinyana bu dərsi  keçdi ki,“dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.  Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var.

Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə hər hansı bir tribunadan   Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən, ən əsası müstəqil siyasətimizin nümayişi  olan diplomatik  cavabı ilə qarşılaşıb. İki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması təklifi masa üzərindədir. Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün  nə qədər cəhdlər göstərsə də  daim fakt qarşısında qalmasından dərs çıxarmaq istəmir, yenə də havadarlarına  arxalanaraq ümidlərlə yaşayır. Cənab İlham Əliyevin “Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil” mesajı da Ermənistanın baş nazirinə tutarlı cavab oldu. Görünür, Nikol Paşinyan 30 illik işğal dövründə quraşdırdıqları yalanlarla heç nəyə nail ola bilmədiklərini unudub. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə uzunömürlü, eyni zamanda, qəbul edilən olur. Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, Azərbaycanın   Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını öz maraqlarına uyğun çatdırması bir daha müstəqilliyi formal xarakter daşıyan bir dövlət üçün ədalət və beynəlxalq hüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır.  Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.

 Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Prezidenti isə absurd çıxışın qarşısında Paşinyana yaxşı dərs Verdi

Cənab Prezident 30 il ərzində Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə uğurlu əməkdaşlığını dilə gətirməklə həm də onu bəyan etmiş oldu ki, Azərbaycan daim irəli gedir, münasibətlər sistemini qoruyur, xalqının rifahını düşünür.

Prezident İlham Əliyev bu yöndə çıxışları ilə həm də dünyaya diqtə etmiş olur ki, Azərbaycan heç də Ermənistanın və onun havadarlarının düşündüyü kimi çıxılmaz, başqa dövlətlərdən asılı durumda deyil və hər zaman normal əməkdaşlıqların, sülhün tərəfdarı olub:

“Cənab prezidentin bütün yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırması Ermənistanı da, onun havadarlarını da hər dəfə bir az daha zəiflədir, acizləşdirir. 30 ildir Azərbaycanın səsini eşitmək istəməyən dövlətlər bu gün artıq hesablaşmaq məcburiyyətindədir. Artıq o dövlətlər də dərk etməyə başlayıblar ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan özünün sülh təklifi və dəvəti ilə də nə qədər güclü olduğunu dünyaya göstərmiş olur. Düzdür, daxildən də çox çalışdılar ki, bu gücümüzü sarsıtsınlar. Amma xalq olaraq bir yumruq kimi cənab prezidentin yanında birləşməyimiz o xain qüvvələri də sıradan çıxartdı. Azərbaycan prezidenti xalqına, xalq da prezidentinə arxalandı, güvəndi. Bax budur Azərbaycanın dəmir yumruğu. İndi bu yumruğun qarşısında nəinki Ermənistan, ölkəmizə qarşı diş qıcayan digər güclər də zəifdir”.

“Bu gün 8 beynəlxalq aeroportumuz fəaliyyət göstərir. Onlardan ikisi son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Laçından söz düşmüşkən, orada aparılan inşaat işləri olduqca ürəkaçandır. Müasir Laçın çox gözəl olacaq. Yurd həsrətində olan insanlar böyük sevinclə köçə hazırdır. 30 oldə Ermənistan tərəfindən xarabalığa çevrilən torpaqlarımızı yenidən qurmaq təbii ki, böyük vəsait tələb edir. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq işləri Azərbaycanın müstəqil iqtisadi gücünü bir daha dünyaya göstərmiş olur. Bu isə cənab prezidentin də dediyi kimi, Azərbycanın uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir”.

“Paşinyan “dəhliz” sözünün üzərində dayanaraq Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarında olduğunu dedi. Azərbaycan prezidenti isə bu absurd çıxışın qarşısında ona yaxşı dərs verdi. Dedi ki, – “Azərbaycanın bu cür iddiaları yoxdur və “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”. Bu sözlərdən sonra dili topuq çalan Paşinyan yəqin ki, həmin görüşdən sonra gedib bir az “dəhliz”lə bağlı bilgilər öyrənəcək. Və ümid edirəm anlayacaq ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Cənab prezident özü də bəyan etdi ki, – “Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir”. Artıq Paşinyanın bu görüşdən və əsasən də Prezident İlham Əliyevin açıq şəkildə izahından sonra atacağı növbəti addımlar onun öz erməni təfəkkürünə qalıb”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Moskva görüşü dünyanın diqqət mərkəzində olub

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə qonaq qismində iştirak edib. Ölkə başçısı öz çıxışında bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar vardır.

Prezident İlham Əliyev iştirakçı dövlətlərin başçılarına məlumat verib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü irəli sürülüb.

Hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi son iki ildə işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.

Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim müstəqil xarici siyasət kursunu uğurla həyata keçirməyə tam şəkildə imkan verir. Təxminən dörd ildir ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir.

Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində olub.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Paşinyan  bu dövr ərzində bir-birini təkzib edən, biri digərini şübhə altına salan xeyli sayda yalan bəyanatlar verib

Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi hələ də siyasi rəzilliyindən əl çəkmək istəmir.  Paşinyan  bu dövr ərzində bir-birini təkzib edən, biri digərini şübhə altına salan xeyli sayda yalan bəyanatlar verib. Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək «Laçın» sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi.

Təbii ki, Prezident İlham Əliyev verdiyi sərrast cavabları  ilə onu elə yerindəcə susdurdu. «Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub… Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir».

Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi» ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Nikol Paşinyanı daha biabrçı vəziyyətə saldı: «Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır… «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər».

Nikol Paşiyanın ən çox diqqət yetirdiyi sənəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat idi. N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda «dəhliz» sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, «Zəngəzur dəhlizi» ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə  də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub.

Prezident İlham Əliyev  isə bu iclasda N.Paşinyana yenə də əsl diplomatiya dərsi  verdi. Bildirdi ki, … «Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, «Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb». Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir».

Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi.

Bu geosiyas əhəmiyyət daşıyan tədbirdə də Prezident İlham Əliyev yerləşdiyimiz coğrafiyadan da yan keçməyən geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımız yüksək səviyyədə qorudu. Bu hadisə çox  qürurvericidir! Çünkui qalib Azərbaycanla, məğlub Ermənistanın qətiyyəti bupada daha aydın şəkildə göründü.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Ən əsas odur ki, Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiqlədi

Prezidenti İlham Əliyev mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Dövlət başçısı toplantıda çıxış edərək, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə əlaqələrdən və Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi göstəricilərindən danışıb. Çıxışlar zamanı protokol qaydalarını pozan Ermənistanın Baş naziri Nikol Paşinyan təxribatçı fikirlər səsləndirib. Prezident İlham Əliyev Azərbaycanı ərazi iddiasında ittiham edən Paşinyana yerindəcə cavab verərək, onu tutarlı faktlarla susdurub.

Ən əsas odur ki, Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiqlədi. Bu sözü Putindən də eşitdik. Paşinyan da təsdiqlədi. Əsas olan budur, digər məsələlər də nizama düşəcək.

Azərbaycan əksər beynəlxalq birlik və təşkilatların üzvü olmasa belə yaxından əməkdaşlıq edir. Avrasiya İqtisadi Birliyi də bu birliklərdəndir. Dövlətimiz rəsmi olaraq Birliyin üzvü olmasa da bura daxil olan əksər ölkələrlə geniş iqtisadi əlaqələri var.

Ali Avrasiya İqtisadi Şurasının iclasından bir neçə saat sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Rusiya prezident Vladimir Putin görüş zamanı çıxışında bildirib ki, Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər var, buna baxmayaraq vəziyyət nizamlanma istiqamətində inkişaf edir.

Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı qaldırdığı məsələ Paşinyanı qıcıqlandırdı. Zəngəzur Azərbaycanın tarixi torpağının adıdır. Burada qeyri-adi heç nə yoxdur. Paşinyan daha çox dəhliz anlayışına etiraz edir. Ancaq onu yandıran Zəngəzur sözüdür. O da bilir ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Zəngəzur dəhlizi deyən kimi, Paşinyan zənn etdi ki, bəs Azərbaycan Ermənistana qarşı ərazi iddiasındadır. Əslində biz dəhlizin açılmasını istəyirik. Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirən dəhlizin açılmasında maraqlıyıq. Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur.

Ötən gün Avrasiya İqtisadi Birliyinin növbəti görüşündə cənab Prezident İlham Əliyevin qonaq qismində iştirakı da buna nümunədir. Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bu mənada həmin təşkilata üzv dövlətlərlə ikitərəfli, üçtərəfli əlaqələrin genişləndirilməsi də lazımdır. Birliyin üzvü olan Qazaxıstan və bir neçə ölkə ilə geniş müqavilələr də bağlanılıb. Azərbaycanın iştirakı ilə yeni infrastrukturun qurulması tranzit yükdaşımaları xeyli dərəcədə artıracaqdır. Azərbaycanın bu formatda təmsil olunan ölkələrlə əlaqələrini genişləndirməsi gözlənilən haldır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın ikitərəfli formatda, Ermənistan istisna olmaqla həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Toplantı zamanı ölkə başçısının çıxışı isə Aİ tarixinə öz möhrünü vurdu. Xüsusilə, Zəngəzur dəhliziylə bağlı hissə bir daha Ermənistanın başqa ölkənin dəstəyinə olan ümidini puç etdi.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Moskvadakı görüşdə də önəmli nəticələr əldə olunub

“Həm Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlar, həm Amerika Birləşmiş Ştatları vasitəsilə aparılan danışıqlar, həm Rusiya vasitəsilə aparılan danışıqların hər birində Azərbaycanın ərazi bütövlüyü məsələsi vasitəçilər tərəfindən birmənalı tanınır. Uğurlu diplomatik siyasətin nəticəsində artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Bu Azərbaycan dövlətinin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uğurudur”.

Moskvadakı görüşdə də önəmli nəticələr əldə olunub: “Moskvada daha bir diplomatik uğura imza atıldı. Azərbaycan Prezidenti beynəlxalq hüququ və qanunları Ermənistanın baş nazirinə anlatdı, başa saldı. Bununla da həm Ermənistana, həm də bütün dünyaya bir daha mesajlar verdi ki, Azərbaycan müstəqil mövqeyindən və milli maraqlarından bir addım geri çəkilməyəcək, ardıcıl olaraq bu mövqelərini müdafiə edəcək. Dünya siyasətində, hərbdə qalib gəlib diplomatik cəbhədə məğlub olanlar var. Diplomatik cəbhədə qalib gəlib haqlı olub, hərbi cəbhədə məğlub olanlar var. İlham Əliyevin apardığı bu siyasətdə hər iki cəbhədə qələbə əldə edilməsi beynəlxalq münasibətlər sistemində nadir hadisədir. Həm də ki, bir-biri ilə mövqe savaşı aparan dövlətlər – Rusiya, ABŞ, Avropa ölkələrinin bölgədə öz maraqları var. Azərbaycanın ərazi birliyinin bütövlüyünü bütün tərəflərin qəbul etməsi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etmələri çox önəmlidir”.

Ölkəmiz həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat qovşağında olması maraqlı qüvvələrin burada söz sahibi olması üçün güc sərf etmələrinə səbəb olur:

“Çindən başlayan ipək yolu ilə bağlı hələ Ulu Öndər Heydər Əliyevin zamanında böyük konfranslar, görüşlər keçirildi və nəticədə bu yol Azərbaycan üzərindən keçiriləsi reallaşdı. Bakı-Tblisi-Qars dəmiryolu xətti də buna xidmət edir. Həm quru, dəniz yolları infrastrukturunun inkişafı, modernləşmiş gəmilərin olması, müasir gəmiqayırma zavodunun olması çox önəmli hadisədir. Azərbaycan Ermənistanı çıxmaq şərtilə bütün qonşu ölkələrlə ikitərəfli və çox tərəfli əməkdaşlıq edir və bu əməkdaşlığın həm həmin ölkələrə, həm də Azərbaycana çox böyük iqtisadi faydası var. Azərbaycanda son illər 10-dan artıq beynəlxalq hava limanı tikilib. Onun ikisi işğaldan azad olunmuş ərazilərimizdədir. Füzuli və Zəngilan beynəlxalq hava limanı artıq hazırdır. Laçın beynəlxalq hava limanı yaxın zamanlarda hazır olacaq. Bu da logistika infrastrukturu baxımından çox önəmlidir.

Tarix sübut etdi ki, Heydər Əliyevin siyasəti ən doğru siyasətdir. Bu il Azərbaycanda Heydər Əliyevin 100 illiyi təntənəli qeyd olunur, Heydər Əliyev ilidir və biz bu ildən çox böyük uğurlar gözləyirik. Heydər Əliyevin Azərbaycanın milli maraqlarına uyğun xarici siyasət yürütməsinin nə qədər doğru olduğunu sübut etdi və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi sayəsində Azərbaycan böyük nailiyyətlər əldə etməkdə davam edir”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki