image-qanunla-reklam
image-1671870413-448423-1

Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq

image-lady-day-az

Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq

30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilmişdir. Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı ardıcıl qələbələrdən sarsılan düşmən 10 noyabr 2020-ci ildə Kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusunun Zəfəri sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımız işğaldan azad edilməklə yanaşı ümumilikdə 200 il ərzində xalqımıza qarşı təxribatlardan əl çəkməyən erməni mifi darmadağın oldu.İgid oğullarımız Vətən uğrunda canlarını fəda etməkdən çəkinmədilər. Hazırda Azərbaycan ordusu regionun ən güclü ordusu kimi tanınır. Azərbaycan xalqı özünün müzəffər or­dusu ilə haqlı olaraq fəxr edir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədir bilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova 

 

Tarixi həqiqətlər

1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vurulmuşdur. Birincisi, 1920-ci ildə, o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Xankəndinə cəllad Stepan Şaumyanın adını  Stepanakert adı ilə adlandırdılar. Böyüməkdə olan müasir gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri bilməlidir. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifənin öhdəsindən gələ bilməməsi idi. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Azərbaycan xalqı bütün güclərini səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırılmasına səylə çalışdı. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Tarix təhrif olunmamalıdır

1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik; tarixi İrəvan şəhəri dörd hissədən ibarət olub: İrəvan qalası, Bayır şəhər, Təpəbaşı və Dəmirbulaq məhəllələri. İrəvan qalasında və oradakı bütün tikililərdən əsər-əlamət qalmayıb. Bu gün ermənilərin Respublika meydanı adlandırdıqları ərazidə Zal xan meydanı, Zal xan məscidi və Zal xan hamamı yerləşirdi. 2003-cü ildə həmin meydanda aparılan qazıntı zamanı Zal xan məscidinin və Zal xan hamamının qalıqları meydana çıxdı. Tələsik üstünü basdırdılar ki, bu tikililərin bizlərə məxsus olduğu aşkarlanmasın. Dəmirbulaq məhəlləsini indi Karanki Tağ adlandırılar və orada azərbaycanlıların evlərində hazırda ermənilər məskunlaşdırılıblar. Təpəbaşı məhəlləsindəki izimizi silmək üçün Ermənistan hökuməti yeni proqram həyata keçirmişdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə keçirilən hərbi əməliyyatların Azərbaycan tarixində mühüm yeri var. Bu, dövlətimizin başçısının qeyd etdiyi kimi, yenidən baş qaldıran erməni revanşizminə qarşı özümüzü sığortalamaq üçün qabaqlayıcı tədbirdir. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkilklərdən Naxçıvan dağlarının görünməsi, ermənilərin özlərinin təbirincə desək, Ermənistanın başı üzərində damokl qılıncının sallanması deməkdir. Bütün bunlara Müzəffər Ali Baş komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı ordumuzun rəşadəti sayəsində nail olmuşuq. Dövlətimizin başçısının öz təbirincə desək, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi tarixi hadisədir və bu, Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi.. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilmişdir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələbləri daim  irəli sürülürdü. Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim bu günədək erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən artıq kənddə azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində də azərbaycanlılar kompakt ərazidə yaşayırdılar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki