Rusiya ilə danışıqlarda tərəflərin razılığa gəlməsinə mane olan bir neçə problemli məsələ var.
Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.
“Razılaşmağın demək olar ki, qeyri-mümkün olduğu yeganə hissə Krım və qondarma respublikalardır. Rusiya onları müstəqil kimi tanımaqda israrlıdır. Bu, Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, – Araxamiya bildirib.
O əlavə edib ki, Ukrayna nümayəndə heyəti ölkənin ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcək. Onun sözlərinə görə, bu məsələdə Ukrayna tərəfinin mövqeyi qətidir:
“Biz istənilən digər dinamik variantları müzakirə etməyə hazırıq, lakin bu ərazilərin tanınmasını yox”, – Araxamiya qeyd edib.


























