image-qanunla-reklam
image-ljdymi0puzgdkppgdros

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi

image-lady-day-az

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi.

Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq Qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə təxribatlar edir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırırdı.

2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qanunsuz xunta liderlərini qondarma “müstəqillik günü” münasibətilə təbrik edib. Bundan əlavə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əldə edilmiş razılaşmalara baxmayaraq, 2023-cü il sentyabrın 9-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət daşıdığı ərazidə qondarma “seçkilər” keçirildi və nəticədə qondarma “prezident” seçildi. Eyni zamanda, Ermənistan Azərbaycan ərazisinə canlı qüvvə, silah və hərbi  texnika göndərməyə davam edirdi. Bundan başqa, erməni tərəfi yeni istehkamlar tikməyə, mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparmağa cəhd göstərir və əraziləri kütləvi şəkildə minalayırdı.

2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupları tərəfindən əvvəldən yerləşdirilmiş minanın partlaması nəticəsində iki mülki şəxs həlak olub. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan avtomobil minaya düşərək partladılıb, nəticədə 4 nəfər həlak olub. Bütün bunlar Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə Konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılması üçün real zəmin yaratdı.

2020-ci ildə baş verən Vətən müharibəsində qazanılan tarixi Zəfərin davamı olaraq, ötən il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminə nəhayət son qoyuldu. İstər 44 günlük Vətən müharibəsi, istərsə də, bir günlük antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi. Şəhidlərimiz böyük ehtiram hissi ilə yad edir, qazılərimizə isə Allahdan şəfa diləyirik.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif xəbərdarlıq tədbirləri həyata keçirdi. Antiterror tədbirləri aparıldığı zamanı mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi.

Sentyabrın 20-də ölkəmizdə və regionda müsbət proseslərin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30 illiyi tamam qeyd olunur. “Əsrin müqaviləsi” müstəqil Azərbaycan üçün təkcə iqtisadi nailiyyət deyil, həm də möhtəşəm siyasi və diplomatik uğurdur. 27 sentyabr tarixi Qələbəyə aparan çətin yolun başlandığı gündür. Həmin gün biz Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların hamısını ehtiramla yad edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü və Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu tarixlərin hər biri ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən il sentyabrın 20-də xalqa müraciəti zamanı qeyd etdiyi fikirləri xatırlatmaq istərdim:  Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər bizdən əl çəksinlər, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Vətənpərvərlik ruhunda böyüyən bu nəsil atalarının qisasını yağı düşməndən alacağına inanırdı

Xalqımız gec-tez ədalətin zəfər ça­lacağına, torpaqlarımızın yağı işğalından azad olunacağına inamını heç vaxt itir­mədi. Qaçqınlığın, məcburi köçkünlüyün bütün məhrumiyyətlərinə mərdliklə sinə gərən soydaşlarımız vaqonlarda, çadırlar­da, yataqxanalarda yeni düşüncəli, ən əsası isə, yaralı Vətənini içdən sevən və onun azadlığı yolunda canından keçməyə hazır olan bir nəsil ərsəyə gətirdi. Ata-anaları Qa­rabağda, özləri isə doğma yurddan uzaq­da doğulmuş, yurdsuzluq dərdini, nostalji havasını kitablardan, filmlərdən, sənədli xronikadan oxumuş, görmüş gənclərin Vətən sevgisi, doğma torpaqlarına mütləq qayıdacağına inamı nə qədər böyük imiş. Elə bizi böyük qələbəyə aparan da məhz bu inam oldu. Bəli, qələbəyə inam nəsil­dən-nəsilə ötürülmüşdü və bu inam Birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn, orduda xidmət yaşına çatan, işğalçı­nın üzərinə yeriməyə əmr gözləyən gəncli­yin qəlbində birə-beş artmışdı.

Vətənpərvərlik ruhunda böyüyən bu nəsil atalarının qisasını yağı düşməndən alacağına inanırdı. Bunun üçün hamı silaha sarılmağa hazır, dövlət isə tələb olunan bü­tün zəruri şərtləri yerinə yetirmişdi. Düş­mən bizə başqa yol buraxmamışdı. Ədaləti döyüş meydanında bərpa etməli idik. Amma biz yenə də düşmənə münaqişə­nin dinc yolla həllini təklif edirdik. Azər­baycan dövlətinin başçısı bütün beynəlxalq tədbirlərdə, dünyanın aparıcı siyasətçiləri­nin qarşısında Ermənistanı işğalda saxladı­ğı torpaqlarımızı sülh yolu ilə tərk etməyə, beynəlxalq təşkilatları, hayların arxasında duran “gücləri” isə ədalətli olmağa çağırır­dı. Əlbəttə, bunun qarşılığında müşahidə etdiyimiz lal sükut, ikiüzlü yanaşmalar, “başımızın altına yastıq qoymağa” hesab­lanmış riyakar bəyanatlar ədalətə inam his­sini zəiflətməli idi.

Yaşadığımız regionda və dünyada ədalətdən əsər-əlamət görmədiyini deyən Prezident İlham Əliyevin bu sözləri həm də bədxahlarımıza ünvanlanıb: “Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsiz­liklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmli­dir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan xalqı artıq düşməni yerində oturtmaq, onun təcavüzkar  niyyətlərinə son qoymaq üçün hər cür imkanlara, üs­tünlüyə malik idi

Milli dövlətçilik arzusuna XX əsrin əvvəllərində çatmış, amma onu tez itirmiş, əsrin sonlarında isə o əvəzsiz neməti ikin­ci dəfə əldə edəndə əvvəlki taleyi bir daha yaşamamaq barədə düşünməli olduq. Bu, həm də bir tale yazısı idi. İndi bunu tam cəsarətlə deyə bilərik ki, əgər ümummilli lider Heydər Əliyev xalqın tələb və çağı­rışı ilə siyasi hakimiyyətə qayıtmasaydı, dövlət müstəqilliyimiz, şübhəsiz, əldən ge­dəcəkdi. Düşünürük ki, o təlatümlü günlər­də vətəndaş həmrəyliyinə nail olan böyük dühanın əsas istinad nöqtəsi canından çox sevdiyi xalqına böyük inamı idi.

“Şuşanın düşməndən azad olunması heç yuxumuza da gəlməzdi”. Bu sözləri qarabağlı, şuşalı dostlarımızdan dəfələr­lə eşitmişdik. Amma onlar da qəlblərinin dərinliyində bunun mütləq baş verəcəyinə, Şuşaya qayıdacaqlarına inanırdılar.

Cənubi Qafqazda sülhün təmi­natçısı rolunda çıxış edən, sabitləşdirici missiyanı yerinə yetirən qardaş Türkiyə Azərbaycana mənəvi həmrəylik nümayiş etdirərək təcavüzkar Ermənistanın hava­darlarına sərt və tutarlı mesajlar göndərdi. 30 il səbir, dözümlülük nümayiş etdirən Azərbaycan xalqı artıq düşməni yerində oturtmaq, onun təcavüzkar niyyətlərinə son qoymaq üçün hər cür imkanlara, üs­tünlüyə malik idi. Ədalətin zəfər çalacağı gün uzaqda deyildi.

Üç il bundan əvvəl bu sözləri deyən Prezident İlham Əliyev müharibə başla­narkən xalqımızın və dünya ictimaiyyəti­nin diqqətinə bu mesajı vermişdi: “Tarixi ədalət bərpa olunmalıdır!” İndi bunu bütün dünya bilməli və qəbul etməli idi. Bundan ötrü, yəni, dünyanın həqiqəti görməsi, er­məni vəhşiliyinə şahid olması üçün elə mü­haribənin gedişində bütün təbliğat rıçaqla­rı işə salındı. Bakıda akkreditə olunmuş xarici ölkə səfirlərinin erməni terrorunun nəticələrini görmələri üçün Gəncə və Bər­dəyə səfərləri təşkil edildi. İşğaldan azad olunmuş, amma dağıdılmış, tarmar edilmiş ərazilərə beynəlxalq müşahidəçilər, xarici qonaqlar aparıldı. Azərbaycanın bu savaş­la ədaləti bərpa etdiyi beynəlxalq aləmin diqqətinə fakt və sübutlarla çatdırıldı.

Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan bütün dünyaya, işğaldan, hətta, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara əyani şəkildə göstərdi ki, ədalətin gec-tez qalib gələcəyinə inamla yaşamaq lazımdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki