image-qanunla-reklam
image-7e35334e-31a0-4216-8bd5-8ffe69f3ac3d

Antiterror şəhidlərinin xatirəsinə həsr olununan DİN-in cüdo üzrə açıq çempionatı keçirilib

image-lady-day-az

Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo növü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı keçirilib.

“Qanunla.az xəbər verir ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərini sınayıblar. Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, Nazirliyin və digər dövlət qurumlarının yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələrinin nümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əziz xatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdo komandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kubokla təltif edilib.

Orxan Rasifoğlu

image-1a97b344-7923-4ddd-9273-f80e97be8ee4 image-5b443bb3-a6fb-4b78-97f5-f3d429ed9737 image-98a8fee4-0037-4a67-9582-be54bd0ca75f image-6260686f-dab0-4041-a7cd-a8b142bda17e image-25a81c6f-3704-4d0c-8402-c1cb14bc6ed1 image-7472f35e-7eb4-41c5-9608-a782f80f2d40 image-9e109577-fcb3-4526-9564-4fcb7a3a6213 image-2874af07-6cd6-4f34-804f-8fcbe14de182 image-724240c5-7b4a-4bba-b1c8-fce475d2312c image-7e35334e-31a0-4216-8bd5-8ffe69f3ac3d image-56b2c6fd-1292-446e-ae26-096c05203c09 image-3d7cff08-07e9-4451-b31d-4bccff8dfbfc image-213bfb93-35bf-41ac-bd6b-2d7b7337b3b4 image-1a97b344-7923-4ddd-9273-f80e97be8ee4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki