image-qanunla-reklam
image-unnamed

Anadilli mətbuat

image-lady-day-az

Anadilli mətbuat

Cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti həmin vaxt çar Rusiyasının əsarəti altında olan xalqımızın sabahını düşünən hər kəs üçün bir cəsarət nümunəsi olub. Bundan başqa, “Əkinçi” ilə Azərbaycanda qəzetçilik ənənəsinin əsası qoyulub. çünki “Əkinçi” işıq üzü görən cəmi 56 sayı ilə bir inqilab edib. Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz ortada olan nümunə və xalqın qəzet istəyini əsas götürən ziyalılarımız isə “Əkinçi”dən sonra bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar.  Bu sırada ilk olaraq “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzeti gəlir. “Əkinçi” ideyalarından doğan “Ziya”
Tarixi materiallardan da bəlli olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet, “Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə işıq üzü görən bu qəzet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirib. İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başlayıb. özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib.

Öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın olan
1880-ci ildə Tiflisdə “Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başlayıb. “Kəşkül” qəzetdən çox jurnala oxşayıb. “Kəşkül” öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın olub. Bu qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlərinə toxunulub. Bəzi məlumatlara görə, Azərbaycan dilində nəşri ilə yanaşı, bir müddət bu qəzet ərəb və fars dillərində də çap edilib. 1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilib və 1891-ci ilədək nəşr edilib. “Kəşkül”də publisistik məqalələr, dil, ədəbiyyat, incəsənət, ictimai-siyasi məsələlər üzrə yazılar, orijinal ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından tərcümələr çap olunub. Qəzet “Əkinçi”nin demokratik ənənələrini davam etdirərək, Şərq despotizmini, geriliyi, mədəni inkişaf yollarını göstərib. Eyni zamanda “Kəşkül” mütərəqqi Azərbaycan ziyalılarının köməyinə ümid bəsləyib, onlara arxalanıb. “Kəşkül”dən estafeti “Kaspi” alıb Tarixi materiallardan o da aydın olur ki, “Kəşkül”ün bu istiqamətdəki addımlarını 1881-ci ilin yanvarından 1919-cu ilin martına qədər işıq üzü görən “Kaspi” qəzeti davam etdirib. Daha doğrusu, “Kəşkül”ün ideyaları “Kaspi” qəzetinin səhifələrində geniş təbliğ olunaraq, milli mənlik şüurumuzun formalaşmasında Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulmasına öz töhfəsini verib. XIX əsrin sonları XX əsrin əvvəllərinə doğru ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi bir ab-hava daxil olmağa başlayıb. Bütün bunlar demokratiyanın, milli hüquqi azadlıqlar uğrunda mübarizənin getdikcə güclənməsi ilə yeni mətbuat orqanlarının yaranmasına səbəb olub.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki