Ukrayna Almaniyanı əsas müttəfiqlərindən biri hesab edir.
Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Merkellə bir çox məsələləri, o cümlədən reaksiya verməli olduğumuz riskləri müzakirə etdik. Suverenliyimizə, Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Almaniyaya minnətdarıq”, – Zelenski bildirib.


























