Uzun müddətdir xaricdə yaşayan aktrisa Meltem Miraloğlunun özündən 48 yaş böyük amerikalı əri tərəfindən döyülməsi xəbəri gündəm yaradıb.
Qanunla.Az haberler.com-a istinadən xəbər verir ki, küskün evlilikləri ilə tez-tez gündəmə gələn ikili, bu dəfə şiddət iddiası ilə ad çıxarıb. Yayılan iddialara görə, Hollivuda getmək istəyən aktrisa ilə əri arasında mübahisə yaşanıb. Bundan sonra 82 yaşlı amerikalı Meltemi xortumla döyüb.
Lakin bu xəbərlərdən sonra 34 yaşlı aktrisa, “Deyilənlərə özünüz inanırsınızmı?”,- deyə iddiaları əsassız adlandırıb.
Qeyd edək ki, illər əvvəl “Həyat gedir” serialı ilə məşhurlaşan 34 yaşlı Meltem Miraloğlu özündən 48 yaş böyük Patriklə evləndikdən sonra Amerikaya köçüb.



























