image-qanunla-reklam
image-agdam_main_191120_1-1-1024x682

“Ağdamın işğalı”

image-lady-day-az

Ağdamın işğalı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində şəhər və rayonun böyük ərazisi işğal olundu. İşğal təkcə hərbi əməliyyatların nəticəsi deyildi, həm də on minlərlə mülki insanın doğma torpaqlarından zorla çıxarılması, yüzlərlə yaşayış məntəqəsinin talan edilməsi və bölgənin tamamilə viran qoyulması ilə müşayiət olundu. Ağdam əhalisi öz evlərini, təsərrüfatlarını, tarixini və mədəni irsini qoruya bilmədən məcburi köçkünə çevrildi və uzun illər doğma yurdlarına həsrət yaşadı. İşğal dövründə Ağdam Ermənistan tərəfindən məqsədli şəkildə dağıntıya məruz qaldı. Şəhərin demək olar ki, bütün binaları söküldü, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlər məhv edildi. Ağdam Cümə Məscidi vandalizm aktları ilə təhqir edildi, mədəni və dini abidələr dağıdıldı. Bəli, Ağdamın tamamilə viran qalması onu beynəlxalq media tərəfindən “Qafqazın Xirosiması” adlandırılmasına səbəb oldu. Şəhər xəritədən silinmiş, yalnız divar qalıqları və bünövrələr bu faciənin canlı şahidi kimi qalmışdı.

Ağdamın işğalı həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünə qarşı açıq təcavüz idi. Ermənistan təkcə əraziləri işğal etmədi, həm də həmin torpaqlarda humanitar fəlakət yaratdı, kənd və şəhərlərin talanması, təbii ehtiyatların qanunsuz istismarı bölgənin onilliklər ərzində geri qalmasına səbəb oldu. 2020-ci il Vətən müharibəsi nəticəsində Ağdamın Azərbaycana qaytarılması tarixi ədalətin bərpası oldu. Bu gün şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni Ağdamın təməli qoyulur. Bu proses yalnız fiziki tikintini deyil, həm də ağdamlıların mənəvi dirçəlişini, bölgənin Azərbaycan həyatına qayıdışını simvolizə edir.

 

Zərdab rayonu Gəlmə kənd sakini-Qənbərov Aydın Bədirxan oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki