Ağdamın işğalı.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olundu. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam əhalisinin üzərinə düşdü. 1988-ci ildə Emənistandakı dədə-baba torpaqlarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki isti ocaqlarından qovulan on minlərlə azərbaycanlı da işğal olunmazdan öncə Ağdam rayonunda məskunlaşmışdı. 1992-ci ildən rus ordusuna arxalanan Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta uğradı. Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı 87 kəndində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi. Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub. Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həmdə əldə olunan iqtisadi-siyasi inkişafın ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə necə məharətlə tətbiq olunmasını göstərdi. Bundan sonra ki, mərhələdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılacaq və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcək, artıq məcburi köçkün olmayan vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. Azərbaycan xalqı bu günləri böyük fəxr və sevinc hissi ilə yaşayır. Çünki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bizə qələbəni yaşadır! Eşq olsun cənab Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu!
Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu

























