image-qanunla-reklam
image-1691389922-007

Ağdam-Xankəndi yolu açılmalıdır

image-lady-day-az

Ağdam-Xankəndi yolu açılmalıdır

Artıq Qarabağa humanitar yüklərin Azərbaycandan gətirilməsinin vacibliyini suverenlik və demokratiya tərəfdarı olan dünya ölkələri dəstəkləyir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel  də Ağdam-Xankəndi marşrutundan istifadənin vacibliyini gündəmə gətirib. Ümumiyyətlə, Avropa İttifaqı Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasınını dəstəkləyib. Bu, erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından ən həlledici amillərdən biri sayıla bilər. Bu, artıq Azərbaycan məhsullarının Xankəndiyə daşınması deməkdir. Azərbaycanın bu xüsusda təklifi beynəlxalq aktorların leksikonuna Ermənistan və Azərbaycan liderlərinin son danışıqlarından sonra daxil olub. Azərbaycanın Bərdə və Ağdam şəhərlərini birləşdirən, faktiki olaraq, tikintisi başa çatan dördzolaqlı avtomobil yolu 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatinin imzalanması ilə başa çatan 44 günlük müharibədən sonra reallaşdırılan mühüm layihələrdən biridir.  Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilməyə başlanan yol infrastrukturu layihələrində o, mühüm yer tutur. Bundan əlavə, prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 24-də uzunluğu 47 kilometrdən çox olan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi haqqında sərəncam imzalayıb. Yolun çəkilişi üçün görülməli olan ilk iş Azərbaycan torpaqlarının işğalı zamanı külli miqdarda döşənmiş minaların ərazisini təmizləmək idi. Bu gün dəmir yolu xəttinin böyük hissəsinə relslər çəkilib.

Erməni işğalından əvvəl Xankəndiyə, Şuşuya gedən yol Ağdamdan keçirdi. Ağdam-Xankəndi yolundan istifadədən imtina edilməsi Ermənistan növbəti dəfə sülh danışıqlarını uzatmaq niyyətindədir və geosiyasi reallığı qəbul etmədən Cənubi Qafqazda yekun sülhün əldə olunmasına sünü maneələr yaratmağa çalışır. Bu isə mümkün deyil, güclü Azərbaycan dövləti buna imkan verməyəcəkdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Puça çıxmış gözləntilər

Ermənistanın Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında yeni qətnamə qəbul etdirmək istəyi ürəyində qaldı. Bu, Fransaya da ağır zərbə oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı illərdə, xüsusən də Vətən müharibəsindən sonra Fransanın ermənipərəst ölkə olduğunu bütün dünya görüb.
ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Fransanın həmsədr ölkə kimi “fəaliyyəti” də sübuta yetirilmişdir. İkinci Qarabağ müharibəsindən əvvəl işğalçıya daim dəstəyini göstərən rəsmi Parisin mövqeyi, xisləti elə indi də dəyişməyib.  Fransa Prezidentinin yürütdüyü daxili və xarici siyasət Ermənistanın mövqeyi ilə eyniyyət təşkil edir. Belə ki, özü tarixən müstəmləkəçiliklə məşğul olan dövlət işğalçı Ermənistandan fərqlənmir. Odur ki, hər zaman ona dəstək olub. Təbii ki, burada erməni diasporundan aldığı maliyyə vəsaitləri də az rol oynamır. Hər kəs bilir ki, erməni diasporunun ən güclü olduğu, kök saldığı ölkələrdən birincisi elə Fransadır. Boşuna Fransanı Ermənistanın “böyük bacısı” adlandırmırlar.

Hər dara düşəndə, yıxılanda, arxa-dayaq axtaranda Ermənistanın ilk döydüyü qapı Fransa olur. Çünki bilir ki, kim onlardan üz döndərsə də, “bacı”sı onları qucaqlayıb əllərindən tutacaqdır. Bu dövlət hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Ölkəmizə qarşı ədalətsiz, məkrli, riyakar siyasət yürüdüb. Xüsusən, Makronun dövründə bu qərəzli mövqe bütün çılpaqlığı ilə ortaya qoyulub. Həm Prezident Makronun, həm də Fransanın digər rəsmi şəxslərinin dillərindən Azərbaycan əleyhinə fikirlər, qarayaxma kampaniyaları əskik olmur. Ermənistan da “böyük bacısı”nı yaxşı tanıdığından anti-Azərbaycan kampaniyası üçün hər zaman Fransadan mədəd umur və ölkəmizə qarşı yeni qərəzli qətnamələrin, sənədlərin qəbulu üçün beynəlxalq təşkilatlara, instansiyalara müraciət etməsi üçün  üzünə tutub bu ölkəni irəli verir
Avropa Parlamentində dəfələrlə Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu üçün Fransanın dəridən-qabıqdan çıxdığının, otuz il ərzində bu dövlətin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq ermənipərəst mövqeyi ilə keçmiş münaqişənin həlli yolunda heç bir addım atılmamasının şahidi olmuşuq.  Ümumiyyətlə, həm Praqa görüşündən sonra, həm  Şuşada ekofəalların haqlı aksiyası zamanı, həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan sərhədləri daxilində – Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasından sonra Makronun və digər fransız rəsmilərin hadisələri reallıqdankənar mövqeyə sürüklədiyini, bununla bağlı qərəzli çıxışlarını hələ də eşitməkdəyik.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Fransanın aşkar dəstəyi də fayda vermədi

Fransanın xarici siyasətindəki riyakarlığı hər addımda müşahidə etmək mümkündür. Azərbaycanın daxili işlərinə heç kimin qarışmamasını, xüsusilə, bununla bağlı Fransaya dəfələrlə xəbərdarlıqlar etməsinə baxmayaraq, Fransa yenə ölkəmizin  suveren ərazilərində sərhəd-keçid məntəqəsi qurması məsələsinə müdaxilə etdi.  Bundan başqa, Fransa Xarici İşlər Nazirliyinin aprel ayında Ermənistan tərəfinin Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar həqiqətəuyğun olmayan bəyanatını da xatırlamaq olar.  Ermənistanın guya Laçın yolunun “blokada”da olması, Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı BMT Təhlükəsizlik Şurasına etdiyi müraciəti dəstəkləməsi. Fransa daim çalışır ki, hansı təşkilat olursa-olsun, təki orada Azərbaycan əleyhinə bir sənəd qəbul edilsin və ya kəskin ifadələr işlədilsin. Ermənistanın BMT TŞ-yə müraciətinin dəstəkçisi də rəsmi Paris idi. Fransanın istəyi o idi ki, bu təşkilat Azərbaycan əleyhinə yeni qətnamə qəbul etsin. Amma canfəşanlığına baxmayaraq, BMT TŞ-də heç bir sənəd qəbul olunmadı. Azərbaycan tərəfi əsaslı faktlarla erməniləri, ölkəmizə qarşı yalan iddialarla çıxış edən Fransanı, ümumilikdə isə Ermənistanın bütün havadarlarını susdura bildi.

Beləliklə, Fransa və Ermənistan cütlüyü yenə uğursuzluğa düçar oldu. Onların arzu və istəkləri növbəti dəfə puç oldu. Görünən odur ki, Fransa yürütdüyü riyakar, məkrli siyasətindən əl çəkən deyil. Azərbaycana qarşı kampaniyaların daim əsas müəllifi kimi çıxış etməkdədir. Amma Fransa çox vacib bir məsələni unudur. Görünür ki, bu da ona tez-tez xatırladılmalıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək bölgəyə yeni reallıq gətirib. Regionun güclü dövləti olan Azərbaycanın məqsədi Cənubi Qafqazda sülhü, əmin-amanlığı, təhlükəsizliyi bərqərar etməkdir.
BMT TŞ-də ölkəmizin əleyhinə heç bir sənədin qəbul edilməməsi, Azərbaycan diplomatiyasının növbəti qələbəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ermənistanın növbəti avantürası

Ermənistan və arxasında duran bəzi siyasi yengələr bu dəfə də ağır diplomatik məğlubiyyətə uğradılar. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarını işğal altında saxlayan, bütün mədəni-tarixi abidələri vandalcasına dağıdan Ermənistan qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. O yardım ki, əslində “humanitar” adı altında yenidən bölgəyə silah-sursat soxmağa cəhddən başqa bir şey deyildir. Məlumdur ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar başa düşür ki, Azərbaycan beynəlxalq hüququn heç bir müddəalarını pozmamışdır. Yalnız öz suveren ərazisində qayda-qanun yaratmaq nə vaxtdan genosid olduğunu ermənilər düşünə və uydura bilərlər. Bunu da Azərbaycan diplomatiyası fakt və dəlillərlə dünya ictimaiyyətinə çatdırdı. Qeyd edək ki, bu diplomatik qələbənin əsasını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab ilham Əliyevin yürütdüyü uğurlu xarici siyasət təşkil edir.

Konkret olaraq Ermənistanın BMT-yə Qarabağda humanitar böhran iddialı müraciətinə əsasən avqustun 16-da bu qurumun Təhlükəsizlik Şurasında keçirilmiş müzakirənin nəticəsini hərbi məğlubiyyətdən də ağır məğlubiyyət kimi qiymətləndirmək olar. Bəli, nəinki İrəvanın, eləcə də xaricdəki ermənipərəst qüvvələrin gözləntiləri puç oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endi. Bu diplomatik qələbə bir daha sübut etdi ki, Azərbaycan dövlət kimi bütün beynəlxalq hüquq normalarına əməl edir. Azərbaycan liderinin həyata keçirdiyi siyasət heç bir dövlətə, xalqa qarşı yönəkməyib, əksinə regionda sülhə və əmin-amanlığa xidmət edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki