Ağdam Muğam Mərkəzi Qarabağın zəngin musiqi ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə yaradılmış ən mühüm mədəniyyət ocaqlarından biridir. Qarabağ bölgəsi, xüsusilə də Ağdam, tarixən Azərbaycan muğam sənətinin beşiyi kimi tanınıb. Üzeyir Hacıbəylidən tutmuş Seyid Şuşinski, Xan Şuşinski, Bülbül və digər görkəmli sənətkarların yetişdiyi bu torpaqda muğam həm sənət, həm də həyat tərzi kimi nəsildən-nəsilə ötürülüb. Bu ənənəni davam etdirmək üçün inşa edilən Ağdam Muğam Mərkəzi yalnız bir bina deyil, Qarabağın bərpasının, onun mədəni ruhunun dirçəlişinin simvolu kimi mühüm rəmzi məna daşıyır. Mərkəzin yaradılması 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş Ağdamın mədəni həyatının canlandırılması istiqamətində atılmış ən önəmli addımlardan biridir. Ağdam uzun illər işğal altında olduğu müddətdə mədəni infrastrukturu tamamilə dağıdılmış, regionun zəngin musiqi irsinə ağır zərbə vurulmuşdu. Muğam Mərkəzinin tikilməsi isə bir növ bu itkilərin kompensasiyası, eyni zamanda yeni bir mədəni dövrün başlanğıcı hesab olunur. Mərkəz müasir memarlıq üslubunda, Qarabağın milli-mədəni motivlərini əks etdirəcək şəkildə layihələndirilmişdir. Onun həm xarici görünüşü, həm də daxili quruluşu muğamın ruhuna uyğun olaraq klassik və modern elementlərin harmoniyasını özündə birləşdirir.Ağdam Muğam Mərkəzi yalnız konsertlərin keçirildiyi bir məkan deyil. Burada muğam ifaçılığı üzrə tədris proqramları, ustad dərsləri, elmi-praktik seminarlar, musiqi layihələri və festival xarakterli tədbirlər təşkil olunması nəzərdə tutulur. Mərkəzin əsas məqsədlərindən biri Qarabağ muğam məktəbinin ənənələrini bərpa etmək və bu irsi peşəkar səviyyədə davam etdirə biləcək yeni nəsil ifaçıları yetişdirməkdir. Bu baxımdan, mərkəzdə həm təhsil, həm yaradıcılıq, həm də tədqiqat mühiti formalaşdırılır.
Uzun illərin dağıntısından sonra bölgədə mədəni tədbirlərin keçirilməsi insanların mənəvi ruhunu gücləndirir, burada yaşamaq istəyini artırır və ümumən şəhərin dirçəlişinə stimul verir. Buna görə də belə bir mərkəzin məhz Ağdamda fəaliyyət göstərməsi regionun tarixi kimliyinin bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada keçiriləcək tədbirlər həm yerli əhaliyə, həm də ölkənin müxtəlif bölgələrindən gələn qonaqlara Qarabağ musiqi irsinin zənginliyini tanıtmağa imkan verəcək. Ağdam Muğam Mərkəzi təkcə bir mədəniyyət ocağı deyil, Qarabağın bərpasının, Azərbaycan musiqi irsinin yenidən çiçəklənməsinin və milli-mədəni kimliyin dirçəldilməsinin rəmzidir. Bu mərkəz Ağdamın gələcək musiqi həyatının əsas dayaq nöqtəsi olacaq və Qarabağın minillik muğam ənənəsinin yaşadılıb inkişaf etdirilməsi istiqamətində əvəzsiz rol oynayacaq.
Zərdab rayon Məmmədqasımlı kənd sakini – Azayev Şahid Ətraf oğlu


















