image-qanunla-reklam
image-agakerim

Ağakərim yenidən insult keçirdi

image-lady-day-az

Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzov (Ağakərim) yenidən insult keçirib.

Qanunla.Az xəbər verir ki, bu barədə onun dostu, həmkarı Ağamirzə Məmmədov “Günün sədası” proqramına məlumat verib. O bildirib ki, söz ustadı bir həftə əvvəl insult keçirib. Onun vəziyyəti birdən pisləşib, gözləri qaralıb. Sonra oğlu Kamilin evə gətirdiyi həkim atasının insult keçirdiyini deyib.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki