image-qanunla-reklam
image-fb_img_1645020542641

Adil Əliyev: Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır

image-lady-day-az

Milli məclisin vitse-spikeri Adil Əliyev şəhid Əkbər Quliyevin anım günündə iştirak edib.

Qanunla.Az xəbər verir ki,bu barədə Adil Əliyev Facebook səhifəsində paylaşıb:

Bu gün şəhid Əkbər Quliyevin anım tədbirində iştirak etdik. Azərbaycan Ordusunun kiçik çavuşu Əkbər Quliyev 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məqsədilə həyata keçirilən Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur. Uzun müddətdən sonra nəşi tapılan şəhidimiz, 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən müharibəsində göstərdiyi igidliyinə və şücaətinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

image-fb_img_1645020540208 image-fb_img_1645020542641 image-fb_img_1645020545540 image-fb_img_1645020547772 image-fb_img_1645020550058 image-fb_img_1645020552426 image-fb_img_1645020554859 image-fb_img_1645020557228 image-fb_img_1645020559650


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki