“LİDER” TV-də vəkil Adəm Məmmədovun təqdimatında “İnsan və Qanun” verilişinin çəkilişi baş tutub.
Vəkil Adəm Məmmədov Qanunla.Az-a açıqlamasında bildirib ki, verlişdə qonaqlarla birlikdə cinayətdə iştirakçılıq barədə geniş müzakirə apardıq.
Verlişin qonaqları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Ramil Qocayev və Bakı Dövlət Universitetinin Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Kəmalə Nəzərova olmuşdur.
Qeyd edək ki,verlişə 25 aprel 2021-ci ildə saat 22:00-da Lider telekanalında izləyə bilərsiniz.
Verlişin informasiya dəstəyini Qanunla.Az İnformasiya Agentliyi həyata keçirir.


