image-qanunla-reklam
image-1582715665491_i8tebein

Acı faktlar

image-lady-day-az

Acı faktlar

26 fevral 1992-ci il.

O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi.Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə.

Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.

Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Onların əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Soyqırımı Günü

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

Xalqımızın dərin tarixi köklərə malik dövlətçilik ənənələri və zəngin milli adətləri var. Tariximiz dərin tarixi köklərə malik olmaqla yanaşı olduqca zəngin, qəhrəmanlıq dolu səhifələrlə yazılıb. Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu səhifələrin sıralarında faciələrlə yaşanan və yazılan qara səhifələr də az deyil. O faciələr ki, həm tariximizə, həm də yaddaşımıza günahsız insanların qanı ilə həkk olunub. Belə faciələrdən biri – əsrin faciəsi olan Xocalı soyqırımıdır.

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində amansız soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

Bəllidir ki, torpaqlarımıza göz dikən, sərvətlərimizi mənkirləməyə çalışan erməni faşistləri zaman-zaman xalqımıza olan nifrətlərini qətlyamlar, faciələr, soyqırımlar törətməklə biruzə veriblər. Ermənilər təkcə insanlara qarşı deyil, insalığa, mədəniyyətə qarşı da terror törətməkdən çəkinmədilər. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

Yaşadığımız faciələrdən də dəhşətlisi bu faciələrə düzgün hüquqi-siyasi qiymət verilməməsi idi. Bildiyimiz kimi Azərbaycan xalqının yaşadığı faciələrə düzgün siyasi qiymət verilməsi ilk olaraq məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xocalı faciəsinə də düzgün siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixində XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.

Böyük Zəfərlə bitən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Bu Zəfər bütün şəhidlərimizin, eləcə də günahsız Xocalı qurbanlarının narahat ruhuna rahatlıq bəxş etdi.

Allah bütün şəhidlərimizə, eləcə də Xocalı qurbanlarına rəhmət eləsin.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır

 Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Bu hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə olunur. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir. 1992-ci il fevral 26-sı qarlı-şaxtalı bir gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımının qurbanlarının günahı yalnız azərbaycanlı olmaq idi. Vəhşiləşmiş erməni hərbi birləşmələri həmvətənlərimizi milli mənsubiyyətinə görə qəddarlıqla, amansızlıqla qətlə yetirdilər. Düşmən o qədər vəhşiləşmişdi ki, gözünə nə uşaq, nə qadın, nə qoca görünürdü, qarşısına çıxan hər kəsi qəddarlıqla qətlə yetirirdi. Xocalı zamanı ermənilərin törətdiyi vəhşiliklər heç bir çərçivəyə sığmır, bəşəriyyət tarixinin ən qanlı və ən qəddar cinayətlərindən biridir.

Ermənilər Xocalıda təkcə insanlarımıza qarşı deyil, tariximizə, mədəniyyətimizə qarşı da cinayət törədib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib”. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

“Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.

Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar”.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır.

“Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, ehtiramla anır. Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin bu məkirli niyyəti xalqımızın mübarizə əzmini daha da gücləndirdi, xalqımız nəinki itirilmiş torpaqlarımızı unutmadı, bununla barışmadı, əksinə o torpaqlar uğrunda canından keçməyə hər zaman hazır oldu, vətənpərvər ruhda yetişən gənc nəsil xalqımıza qarşı törədilən bu qanlı cinayətin qisasını almaq üçün həmişə hazır oldular.
44 günlük Vətən müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası

Otuz bir il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ erməni separatçılarının qeyri-qanuni silahlı birləşməsi, Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Qarabağ regionunda yerləşmiş Xocalı şəhərini mühasirəyə alaraq, mülki Azərbaycan əhalisinə qarşı soyqırımı həyata keçirmişdi, şəhərin özünü isə yandıraraq məhv etmişdi.

Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum gecə vaxtı insanların yatdığı vaxtda xüsusi qəddarlıqla həyata keçirildi. Belə ki, həmin hücum zamanı cəmi bir neçə saat ərzində şəhər əhalisinə qarşı etnik zəmində tarixdə ən müdhiş və dəhşətli cinayətlər törədildi və misli görünməmiş divan tutuldu.

Xüsusilə vurğulamaq lazımdır ki, hücum zamanı qısa bir müddətdə insanların kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirliməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi və üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarın nahiyələrinin yarılması, meyitlərin təhqir edilməsi beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər hesab edilir. Odur ki, Ermənistan siyasi-hərbi rəhbərliyinin planlaşdırdığı və həyata keçirdiyi bu qanlı cinayətlər müharibə cinayətləri və soyqırım cinayətləri olmaqla bərabər, həm də insanlıq əleyhinə cinayətlər idi və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. Bu cinayətlərin törədilməsinə görə Ermənistan tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır.

Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım cinayətləri kimi tanınması gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısının alınması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qərar və qətnamələrin qəbul edilməsi istiqamətində səylər göstərir və bu istiqamətdə bir sıra konkret nəticələr əldə edilib. Belə sənədlərin qəbulu tarixi həqiqətlərin bərpa edilməsi, erməni cinayətkarlarının əsl üzünün dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması, o cümlədən mənəvi baxımdan vacib əhəmiyyət kəsb edir.

Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması üçün Azərbaycan hakimiyyəti genişmiqyaslı işlər görür. Dünya xalqlarının azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə dünyanın bir çox şəhərlərində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmışdır.

Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusilə qeyd edilməlidir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, bu faciə ilə bağlı həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında genişmiqyaslı işlər görülmüşdür və bu işlər hazırda da uğurla davam etdirilir. Bu səylər nəticəsində dünyanın ondan artıq ölkəsinin parlamentləri, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları Xocalı soyqırımını rəsmən tanımışlar. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırım cinayətləri kimi tanıyıb.

Prezident cənab İlham Əliyev 18 sentyabr 2013-cü ildə Xocalı soyqırımını törədənlər və onların havadarları haqqında demişdi: “1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır”.

Çox maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il 20 fevralda öz fesbuk  səhifəsində Xocalı soyqırımının törədilməsində ermənilərin təqsirkar olmadığını, cinayətin baiskarının yalnız ruslar olduğunu iddia edərək yazmışdı ki, “Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən qırğınların ermənilər və azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. Bu, Rusiyanın 336-cı polku tərəfindən törədilmişdir. Bu faciə ilə bağlı bizim heç bir təqsirimiz yoxdur”. Görünən odur ki, Ermənistanın Baş naziri növbəti riyakarlığa və saxtakarlığa yol verərək, Ermənistanın törədilmiş cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyətini ört-basdır eləməyə, Xocalı dinc sakinlərinə qarşı qeyri-insani qanlı cinayətlər törətmiş erməni canilərini beynəlxalq ədalət mühakiməsindən yayındırmağa çalışır.

Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində beynəlxalq hüququn bölgədə pozulmuş normalarını bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin müddəalarını həyata keçirdi və Azərbaycan ərazilərini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri xalqımıza qarşı qanlı cinayətlər törətmiş Köçəryan və Sarkisyanın yaratdığı ordunu darmadağın etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Xüsusi qəddarlıqla törədilmiş cinayətlər

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib.

Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi ermənilər tərəfindən törədilmiş cinayətlərin daha bir sübutudur: “Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş 25 şəxsin Azərbaycan ərazisində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən qətlə yetirilərək Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.  Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərini görməzdən gəlir. Heç bir təzyiq və təsirlərin olmaması isə sanki Ermənistanı növbəti cinayətlərə sövq edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün qanlı cinayətlər həm də Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasının göstəricilərdir.

Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib: Əlavə olaraq Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı törətdiyi müharibə cinayətlərini də mütləq şəkildə qeyd etmək lazımdır. Hərbi əməliyyat zonasından kilometrlərlə uzaq şəhər, rayon və kəndlərimizin qadağan olunmuş ballistik raketlərlə vurulması, postmünaqişə dövründə isə mina xəritələrinin təqdim edilməməsi Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsidir. Həmçinin bu beynəlxalq humanitar hüququn kobud qaydada pozulması deməkdir.

2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşmənə ancaq döyüş meydanında layiqli cavab verməsi, hərbi əməliyyatları beynəlxalq hüquq və müharibə qanunları çərçivəsində aparması bir daha sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqdir və öz siyasətində bu sadiqliyi nümayiş etdirir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər.

XIX əsrin birinci rübündə Rusiya və İran arasında gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisinə İran və Türkiyədən ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsinə start verilmiş, burada demoqrafik vəziyyət süni surətdə dəyişdirilmişdir. 1905-ci ildə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz doğma yurdlarında kütləvi qırğınlar törədildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. 1918-ci ildə siyasi və hərbi rəhbərliyi əsasən ermənilərdən ibarət Bakı Kommunasının himayəsi ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirildi. Nəticədə on minlərlə dinc insan məhv edildi, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı. Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində də ermənilər dinc azərbaycanlı əhaliyə divan tutdular.

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti millətlərin və xalqların bərabərliyi şüarını elan etmiş sovet hakimiyyəti dövründə incə və məkrli metodlarla davam etdirilmiş, Azərbaycana münasibətdə çoxlu səhv və ədalətsiz qərarlar qəbul edilmişdir. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, Azərbaycanın qədim torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən ayrı salındı. Qarabağda erməni muxtariyyəti yaradıldı. SSRİ rəhbərliyinin volyuntarist qərarı ilə 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar.

1988-ci ildən başlayan əsassız Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Qarabağdan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir!

Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Qeyd etmək yerinə düşər ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun şübhəsiz ki, müstəsna rolu var. Heydər Əliyev Fondu dalbadal neçənci ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası ildən-ilə geniş vüsət alır. Kampaniya çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilmişdir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımışlar. Dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir.

Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olmuşdur

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni daşnaqlarının Azərbaycanlılara qarşı iki əsrdən çox müddətdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı, qanlı və dəhşət dolu səhifəsidir. Xocalı faciəsi Ermənistanın Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi və böyüyüdür. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, əsrarəngiz gözəlliyi ilə fərqlənən, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin qurbanı oldu. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırım – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Bu dəhşətli soyqırımın, cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur

Allah bu dəhşətli soyqırım zamanı həyatını itirənlərə rəhmət etsin!

Zərdab Gənclər Evi Sosial Xidmətlər Mərkəzinin əməkdaşı Kamal Xəlilov

 

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31  il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu. Məlum olduğu kimi İkinci Qarabağ müharibəsinin Böyük Zəfəri və qazanılan Qələbə, yəni torpaqlarımızın işğaldan azad edilməsi, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin qisası idi. Məhz həmin Qələbə Xocalı qətliamı qurbanlarının qisasının alınması idi. Deməli, bu Qələbə bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də ruhunun rahatlığı idi. Şad olan ruhlar Böyük Zəfərin əzəmətini, onun tarixini bir az da artırdı. Hər kəsə göstərdi ki, Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, Azərbaycan ordusu və Azərbaycan xalqı öz sərhədlərini bərpa etmək, öz haqqını sübut etmək və onu qorumaq gücündədir. Bəli, bu gün Xocalı şəhidlərinin ruhu rahatdır. Çünki onların qisası alınıb! Bu gün bütün xocalılar daha böyük ümidlə öz şəhərlərinə dönəcəkləri günü gözləyirlər. İndi onlarda bu günə zərrə qədər də şübhə qalmayıb. Onlar bizim hər birimiz kimi əmindilər ki, prezidentimizin yürütdüyü uğurlu siyasət, onun rəhbərliyi altındakı rəşadətli ordumuz Xocalıda da yeni şəhərin salınmasına, xocalıların bu şəhərə köçməsinə mütləq nail olacaqdır. Və biz təkcə Şuşada deyil, həm də bayrağımızın Xankəndində dalğalandığının şahidi olacağıq. Nəhayət, 30 ilin 28 ilini kədərlə, göz yaşı ilə qeyd etdiyimiz Xocalı qətliamı artıq son iki ildir ki, bizim böyük Zəfərimizin işığında tamam fərqli qeyd olunur. Çünki bu anımın içərisində şəhidlərin ruhunun rahatlığı da var.

Zərdab Gənclər Evi Sosial Xidmətlər Mərkəzinin əməkdaşı Cəlal Mecidli

 

Xarici jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə vəhşi düşmənimiz olan ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırım Azərbaycanın ən qanlı günlərindən biri olaraq yaddaşlarımıza həkk olub. Bu xaincəsinə olan hücumun nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürüldü, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü və işgəncələrə məruz qaldı, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edildi. Bu soyqırımın baş verdiyi günlərdə Qarabağa gələn xarici jurnalistlər hadisələri özləri görüb və müəyyən qəzetlərdə Xocalı soyqırımını əks etdirən məlumatlarla çıxış ediblər. Amerikalı jurnalist, Tomas Qoltzun 1992-ci il fevralın 27-də “Washington Post” qəzetində yayılan məqaləsi Amerika ictimaiyyətinə Xocalıda törədilmiş qətliam haqqında məlumat verdi. Bununla kifayətlənməyən jurnalist o gecəki qırğından güc-bəla ilə canlarını qurtarıblar. Soyqırım baş verdikdən bir neçə gün ərzində meşədə qətlə yetirilmiş meyitlərin toplanması üçün helikopterlə azərbaycanlı yetkililərlə yanaşı, əcnəbi jurnalistlər də hadisə yerinə səfər etmişlər “The New-York Times” qəzetinin 1992-ci il 3 mart tarixli nömrəsində həmin səfər barədə yazılıb.Qəzetdə yazır: Helikopterlə qısa müddətə də olsa, bölgəyə uçmuş Azərbaycan yetkililəri və jurnalistlər üç ölmüş və baş dəriləri soyulmuş uşağın cəsədini gətirdilər. Onlar dedilər ki, ermənilərin helikopterə atəş açmaları daha çox cəsədin toplanmasına imkan vermədi.

Zərdab Gənclər Evi Sosial Xidmətlər Mərkəzinin əməkdaşı Şamil Babayev

 

Soyqırımı cinayəti

“Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

– belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

– belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;

– hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

– belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

– uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.

Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

– məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;

– belə bir qrupun tamamilə və ya qismən məhv edilmsi niyyətinin olması (mens rea);

– məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).

Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.

Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir. Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:

– niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;

– niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarkterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;

– niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;

– niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.

Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.

Soyqırımın obyektiv tərəfi olan “məhv etmək” anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.

BMT-nin beynəlxalq məhkəməsi “Barselona Traction” işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.

Beynəlxalq məhkəmə “Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

Zərdab Gənclər Evi Sosial Xidmətlər Mərkəzinin əməkdaşı Samir Sabirli

 

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi  bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.

31 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum etmiş, cəmi 5 saat ərzində qədim Xocalı yer üzündən silinmişdir. Qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.  Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində işğal altında olan torpaqlarının azad olunduğu qeyd olunmuşdur.

30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

Torpaqlarımıza göz dikən, sərvətlərimizi mənkirləməyə çalışan erməni faşistləri zaman-zaman xalqımıza olan nifrətlərini qətlyamlar, faciələr, soyqırımlar törətməklə biruzə veriblər. Ermənilər təkcə insanlara qarşı deyil, insalığa, mədəniyyətə qarşı da terror törətməkdən çəkinmədilər. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğal nəticəsində xarabalığa çevrilib. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Yaşadığımız faciələrdən də dəhşətlisi bu faciələrə düzgün hüquqi-siyasi qiymət verilməməsi idi. Bildiyimiz kimi Azərbaycan xalqının yaşadığı faciələrə düzgün siyasi qiymət verilməsi ilk olaraq məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xocalı faciəsinə də düzgün siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Allah bütün şəhidlərimizə, eləcə də Xocalı qurbanlarına rəhmət eləsin.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova       


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki