image-qanunla-reklam
image-1668067358_2781802

ABŞ və Yaponiya irimiqyaslı hərbi təlimlərə başladı

image-lady-day-az

Noyabrın 10-da Yaponiya və ABŞ, Çinin artan hərbi fəallığı fonunda bu ərazilərdə əməliyyat imkanlarını gücləndirmək üçün əsasən Yaponiyanın cənub-qərb adalarında və ətrafında genişmiqyaslı “Keen Sword” adlı birgə hərbi təlimə başlayıb.

Qanunla.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Noyabrın 19-dək davam edəcək təlimlərdə Yaponiyanın Quru, Dəniz və Hava Özünümüdafiə Qüvvələrinin 26 min hərbçisi və Kosmik Qüvvələrin bölmələri də daxil olmaqla ABŞ ordusunun 10 minə yaxın əsgəri iştirak edəcək.

Bundan başqa, manevrlərə 20 Yaponiya və 10 Amerika gəmisi, 250 Yaponiya və 120 Amerika təyyarəsi cəlb olunacaq. Təlimlərə Avstraliya, Kanada və Böyük Britaniyadan 4 hərbi gəmi və iki təyyarə də qatılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki