image-qanunla-reklam
image-abs-dovlet_departamenti

ABŞ terrorçuların yerini deyənlərə 10 milyon dollar verəcək

image-lady-day-az

ABŞ Dövlət Departamenti ötən il avqustun 26-da Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzay Beynəlxalq Hava Limanında partlayış törədənlərlə bağlı məlumat verənlərə mükafat təyin edib.

 

Qanunla.az xəbər verir ki, mükafatın dəyəri 10 milyon dollardır .

 

Bundan başqa Dövlət Departamenti İŞİD-in Xorasan qolunun lideri, Əfqanıstandakı bütün hücumlardan məsul olan Sənaullah Qafarinin də axtarıldığını bildirib.

 

Qeyd edək ki, ötən il avqustun 26-da Kabildə Həmid Kərzay Beynəlxalq Hava Limanının Abbey Qapısı yaxınlığında törədilən iki partlayış nəticəsində ABŞ ordusunun 13 əməkdaşı həlak olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki