İran tez bir zamanda uranı zənginləşdirmək üçün kiçik zavod tikməyə və sonra nüvə bombası yaratmağa qadirdir.
Qanunla.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyatının keçmiş analitiki, hazırda Nüvə Təhdidi Təşəbbüsünün vitse-prezidentinin müavini olan Erik Brewerin sözlərinə görə, İran digər avadanlıqları, o cümlədən uranın zənginləşdirilməsi üçün istifadə edilən sentrifuqaları köçürmüş ola bilər.
Silahlara Nəzarət Assosiasiyasının yayılmaması siyasətinin direktoru Kelsey Davenport isə hesab edir ki, əgər İran artıq sentrifuqların təyinatını dəyişdiribsə, kiçik yerlərə malik gizli zənginləşdirmə obyekti tikə və həmin sentrifuqalara 60 faiz uranı vura, sonra onu sürətlə zənginləşdirə bilər.