ABŞ-ın dəniz piyadalarına məxsus hərbi təyyarəsi ötən gün Norveçdə NATO təlimləri zamanı qəzaya uğrayıb.
Qanunla.az xəbər verir ki, bu barədə “Nyu York Post” Norveç rəsmilərinə istinadla yazıb.
“MV-22B Osprey” təyyarəsi ötən gün 18:30 radələrində radarlardan itib. Hava şəraiti pis olduğundan, yerüstü xilasetmə işləri aparılır”, – məlumatda qeyd edilib.
Təyyarədə 4 əsgər olub, onların axtarışları davam edir.
Qeyd edək ki, NATO-nun Rusiya sərhədindən 200 mil məsafədə başlayan “Soyuq cavab” təlimlərinə 30 min hərbçi cəlb edilib.


























