ABŞ-ın az sayda əsgəri diplomatik mövcudluğunu saxlamaq üçün Ukraynada qalır.
Qanunla.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
“Ukraynada hələ də bizim diplomatik mövcudluğumuzla bağlı kiçik bir hərbi birlik var”, – Kirbi söyləyib.
Kirbi hansı qüvvələrdən danışdığı barədə konkret məlumat verməsə də, Ukrayna qoşunları üçün təlimatçı kimi fəaliyyət göstərən Florida Milli Qvardiyasının döyüşçülərinin ölkədən daha əvvəl çıxarıldığını bildirib.


























