image-qanunla-reklam
image-1645510902-000_323k7t3-800x520

ABŞ bütün diplomatlarını Ukraynadan çıxardı

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putinin separatçı “DXR” və “LXR”-i tanımasından bir neçə saat sonra Birləşmiş Ştatlar Ukraynadakı bütün diplomatlarını təhlükəsizliklə əlaqədar Polşaya göndərdiyini bildirib.

“Qanunla.az” “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

“Bu gün Dövlət Departamenti yenidən ABŞ vətəndaşlarının, o cümlədən bizim personalın təhlükəsizliyi və təhlükəsizliyi üçün tədbirlər görür. Təhlükəsizlik baxımından hazırda Lvovda olan Dövlət Departamentinin əməkdaşları gecəni Polşada keçirəcəklər”, – deyə dövlət katibi qeyd edib.

O, ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etməyi tövsiyə edib: “ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etmələri tövsiyəmizi bir daha təkrar edirik. Ukraynada təhlükəsizliklə bağlı vəziyyət bütün ölkədə gözlənilməz olaraq qalır və çox az xəbərdarlıq edilməklə pisləşə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki