ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci Koqelniçanu aviabazasında (Ukrayna ilə sərhəddə – red.) iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsini yerləşdirib.
Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.
Bildirilib ki, Mixail Koqelniçanu aviabazasına gələndən sonra B-52 təyyarələri Rumıniya və Finlandiyadan olan qırıcı təyyarələrin müşayiəti ilə birgə uçuş həyata keçirib.
Bu, Amerika strateji bombardmançılarının Rumıniyada fəaliyyət göstərdiyi ilk haldır.


























