image-qanunla-reklam
image-avropa_birliyi

AB Səid Kərimova sanksiya tətbiqinə hazırlaşır

image-lady-day-az
Avropa Birliyi “Sberbank”ın rəhbəri German Qref və “alüminium oliqarx”ı Oleq Deripaskanı sanksiyalar siyahısına əlavə etmək niyyətindədir.

Qanunla.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, siyahıda Rusiyanın “Ozon” elektron ticarət platformasının rəhbəri Aleksandr Şulqin, Prezident Vladimir Putinin ən yaxın biznes tərəfdaşlarından biri Boris Rotenberq və Rusiyanın ən böyük qızıl hasilatı şirkəti “Polyus”a nəzarət edən Səid Kərimov da olacaq.

“Putinin ilk evliliyindən olan qızları Yekaterina Tixonova və Mariya Vorontsova da sanksiyaya məruz qalacaq”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki