image-qanunla-reklam
image-media-1655826547354703840_1000x669-betsw1yjzm26fgu4lxrk

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

image-lady-day-az

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

Azərbaycan Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb.

Azərbaycan-Özbəkistan cari münasibətlərinin strateji istiqamətləri məhz sözügedən səfərlər zamanı müəyyən edilib.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.

Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır.

Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür.

Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. “Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə» özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub.

 

Zərdab rayon M.Hüseynzadə adına Körpükənd kənd tam orta məktəbin direktoru Eminova Rüxsarə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo