image-qanunla-reklam
image-16558854682886759008_1000x669

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

image-lady-day-az

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Cənab Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmış oldu. İki  ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır.

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli  münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.Bu baxımdan cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Səfər zamanı iki ölkə arasında 20-yə qədər mühüm sənəd imzalandı.Bu sənədlərin hər biri özü- özlüyündə mühüm əhəmiyyətə malikdir və iki ölkə arasında münasibətlərin geniş spektrini əhatə edir.

Səfər  çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı oldu.Bu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.Ulu Öndər Heydər Əliyevə olan bu hörmət səbəbsiz deyil.Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun hələ sovet hakimiyyəti illərində və müstəqillik qazandıqdan sonra Özbəkistan rəhbərləri, o cümlədən, Şərəf Rəşidoviç Rəşidov ilə, İslam Abduqəniyeviç Kərimov ilə dostluğu bizim münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub.Cənab Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında bu məsələ xüsusi vurğulanır və qeyd edilir ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir.Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo