image-qanunla-reklam
image-img_20220621_170726

Deputat Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib-FOTO

image-lady-day-az

Deputat Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Millət vəkili Qanunla.Az-a açıqlamasında bildirib ki,bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının binasında seçicilərimizlə növbəti görüşümüz oldu. Ay ərzində bir dəfə millət vəkili olaraq seçicilərin qəbulu, bir dəfə isə dairəmizin ərazisində Yasamal Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulunun keçirilməsi ənənə halını alıb. Rayonun bütün icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbullar zamanı sakinləri narahat edən problemlərə rayon təsərrüfat rəhbərləri tərəfindən operativ reaksiya verilir. Eyni zamanda, seçicilərimiz fərdi qəbullar ərzində də ətraflı dinlənilir və onları narahat edən məsələlərin çözümü istiqamətində lazımlı addımlar atılır.
Bu dəfəki görüşdə seçicilərimizi maraqlandıran əsas məsələlər məşğulluq, təhsil, pensiya təminatı və banklarla bağlı bəzi məsələlər oldu. Yaxın günlərdə onların çözülməsi üçün sakinlərimizə kömək göstərməyə çalışacağıq.

image-fb_img_1655816542219 image-fb_img_1655816548014 image-fb_img_1655816552644 image-fb_img_1655816556623 image-fb_img_1655816561280 image-fb_img_1655816565592 image-fb_img_1655816569545 image-fb_img_1655816574476


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo