image-qanunla-reklam
image-c7ca57be-c9c8-3678-80af-18b3f24a0f20_850

IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir

image-lady-day-az

Dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox platforma mövcuddur. Bunların sırasına Münhen Təhlükəsizlik Konfransını, Davos İqtisadi Forumunu, Valday Diskussiya Klubunu və digərlərini daxil edə bilərik.

Qürurverici haldır ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan beynəlxalq platformalarla eyni sırada dayanır. Bu, xüsusən Forum iştirakçılarının tərkibində özünü göstərir. Belə ki, hazırda davam etməkdə olan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin nümayəndələri, o cümlədən, Albaniya, Bolqarıstan, Gürcüstan və digər dövlətlərin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edirlər. Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin müraciətlərinin təqdim olunması isə Forumun mötəbərliyinə əlavə bir stimul verdi. Bütün bunlar Qlobal Bakı Forumuna böyük marağın olduğunu sübut edir. Sevindirici haldır ki, hər ötən il bu maraq daha da artır.

IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı IX Qlobal Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini bölüşüb. Prezident İlham Əliyev qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Dövlətimizin başçısı, həmçinin regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu da bildirib. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizini açmamaq üçün süni maneələr yaratmaq cəhdlərinə xüsusi diqqət ayıran Prezident İlham Əliyev bununla da Ermənistanın bütövlükdə sülh prosesini sabotaj edən tərəf olduğunu faktlarla sübut edib. Sözsüz ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa və qarşı tərəf Qarabağa əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizinin Ermənistana verildiyinə dair əlimizdə tarixi sübutlar var. Beləliklə, Azərbaycan xalqı Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Gərək, Ermənistan bunu nəzərə alsın.

Forumda Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlərdən biri də Minsk qrupu barədə idi. 44 günlük Vətən müharibəsində rüsvayçı şəkildə məğlubiyyətə uğrayan Ermənistan bunu kompensasiya etmək üçün Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir. Əli hər şeydən üzülən düşmən ölkə hakimiyyəti bununla status məsələsini bir müddət gündəlikdə saxlamaq niyyəti güdür. Sözsüz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə bu qurumun yenidən dirçəlmək ehtimalını tamamilə istisna edir. Bundan başqa, hazırda danışıqlar masasında şərtlərə Azərbaycan diktə edir. Bizim istəmədiyimiz hansısa şərti və ya formatı isə gündəliyə gətirmək mümkün deyil. Üstəlik, həm Qərbin, həm də Rusiyanın mövqeyi onu deməyə əsas verir ki, Minsk qrupunun yenidən prosesə cəlb edilməsi aktual deyildir.

 

Cavid Nuriyev –Zərdab şəhəri, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki