image-qanunla-reklam
image-1655454639_uk

AQTA-dan Qurban bayramı ilə bağlı vətəndaşlara MÜRACİƏT

image-lady-day-az

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

Agentlikdən “Qanunla.az”a verilən məlumata görə, AQTA bayramın mütəşəkkil təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Agentlik bəyan edir ki, əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, heyvan kəsimi və satışı yalnız aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. AQTA vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

​Vətəndaşlar qurbanlıq heyvanları əvvəlcədən müəyyənləşdirilmiş heyvan satışı məntəqələrindən, qurbanlıq heyvan cəmdəklərini isə bayramdan əvvəl Agentliyin rəsmi saytında ünvanları qeyd olunan satış şəbəkələrindən sifariş verməklə əldə edə bilərlər.

​Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəlindikdə vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə müraciət etməsi xahiş olunur.

AQTA müqəddəs bayramın təhlükəsiz şəraitdə keçirilməsi üçün hər kəsi müvafiq qurumlar tərəfindən tövsiyə edilən qaydalara riayət etməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo