image-qanunla-reklam
image-1655326385-kirbi

ABŞ-dan Türkiyə ilə bağlı BƏYANAT

image-lady-day-az

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlığının aradan qaldırılacağını bildirib.

Qanunla.az xəbər verir ki, Kirbi ilk dəfə mətbuat qarşısında çıxışını ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü vəzifəsini tərk edib Ağ Evə köçdükdən sonra edib.

Prezident Co Baydenin bu gün Ukraynaya açıqladığı 1 milyard dollarlıq müdafiə və 250 milyon dollarlıq humanitar yardımı dəyərləndirən Kirbi jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı bu günki qiymətləndirmələri ilə bağlı suala Kirbi belə cavab verib:

“Biz bu məsələlərin həll olunacağına və Finlandiya və İsveçin NATO-ya üzv olacağına nikbinik”.

Kirbi, Finlandiya və İsveçin üzvlük üçün vaxt verə bilməyəcəyini, lakin bu mövzuda çalışdıqlarını bildirib:

“Biz bilirik ki, hər iki ölkə bu məsələlərin həlli üçün birbaşa Türkiyə ilə işləyir. Bu nöqtədə ən yaxşısı bu məsələni həll etməkdir.
Bunu suveren ölkələrin öhdəsinə buraxın”-deyə açıqlamasını yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki