image-qanunla-reklam
image-image_750x_5d03b6cc41a0c

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

image-lady-day-az

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi.

 

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin siyasi və iqtisadi böhrandan xilas oldu. Ulu Öndərin xalqımız və tarix qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizin parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Həmin dövrdə Ümummilli lider problemlərin həlli üçün ilk növbədə bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan xilas etdi. Nizami ordu yaradıldı. Məhz o dövrdə yaradılmış nizami ordu Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün Azərbaycanın müasir və müstəqil ölkə kimi möcvcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

 

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki