image-qanunla-reklam
image-16540717364596062177_1000x669

Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir

image-lady-day-az

Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Enerji Həftəsiçərçivəsində iyunun 1-də keçirilən27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edərək deyib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və bir çox ölkələrin enerji təhlükəsizliyində daha mühüm rol oynamaqdadır.

Dövlətimizin başçısı xatırladıb ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı oldu. Nəticədə Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi, tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından olan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə  Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı və indi enerji nəqli infrastrukturu fasiləsiz istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri də istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Təkcə ötən il ölkəmiz 22 milyard kubmetr təbii qaz ixrac edib, bu il bu göstəricinin24 milyard kubmetrə çatacağı gözlənilir. Cənub Qaz Dəhlizi ilə bağlı planlarımızın ən böyük hissəsi artıq icra olunub, Cənub Qaz Dəhlizi artıq işləyir. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat daha da artsın, mövcud qurğular genişləndirilsin. Birləşmiş Ştatların və Birləşmiş Krallığın Azərbaycanın enerji siyasətini dəstəkləməsi sayəsində effektiv nailiyyətlər əldə olunub. Bunun bir səbəbi də odur ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından eyni mövqeyi gözləyir.

Gələn il Azərbaycanda biri günəş, digəri külək olmaqla, iki elektrik stansiyası istifadəyə veriləcək və onların birgə istehsal gücü 470 meqavatdır, bu isə hələ başlanğıcdır. Çünki təkcə Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavatdır.İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir.

Azərbaycanın müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri var, biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya da elektrik enerjisi ixrac etməyi planlaşdırırıq. Azərbaycanın dəniz limanı, bütün istiqamətlərdə dəmir yolu, avtomobil yolları və hava limanları var. Azad olunmuş ərazilərdə bir hava limanı istifadəyə verilib, orada 3 yeni hava limanı olacaq,bununla da ölkəmiz 9 beynəlxalq hava limanına sahib olacaq.

Prezident cənab İlham Əliyev hazırda SOCAR və BP-nin azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə etməsindən və digər mühüm layihələrdən də danışıb, qeyd edib ki, xarici borcumuzun ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Biz bu borcu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq niyyətindəyik.

 

Zərdab rayon “Əkinçi” qəzetinin redaktoru-İsaməddin Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki