image-qanunla-reklam
image-285076591_553184399508879_7446832314165819633_n

BÜTÜN DÜNYAYA VERİLƏN AYDIN MESAJ

image-lady-day-az

BÜTÜN DÜNYAYA VERİLƏN AYDIN MESAJ

1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etmiş Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı öz müstəqil dövlətində azad yaşayır.Ötən bu 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Azərbaycanın müstəqilliyini tanıyan da məhz qardaş Türkiyə olub. Bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh və inam verdi. Tariximizin ən önəmli anlarında biz bir yerdə olduq. Bu gün ölkələrimiz arasında müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.Azərbaycanla Türkiyənin birgə keçirdiyi növbəti beynəlxalq tədbir mayın 28-də Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkələrin birinci xanımları, həmçinin dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı Selçuk Bayraktar Bakıda ilk dəfə keçirilən bu festivalda iştirak ediblər.

Bu mötəbər tədbirdə ölkələrimizin qazandığı uğurlardan danışıldı, texniki nailiyyətlər nümayiş etdirildi. Vurğulandı ki, Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri əlaqələrimizin daha da möhkəmlənməsi işinə daha bir töhfə verəcəkdir. Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı xüsusi önəm daşıyır və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirmək lazımdır. Əminik ki, iki dost və qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan əməkdaşlıqlar bundan sonra da genişlənəcəkdir. Azərbaycan və Türkiyə qarşılarına qoyduqları bütün məqsədləri reallığa çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər. Bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi fonunda sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni əməkdaşlıq formatlarının təməli də qoyulacaqdır. Biz buna əminik.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi- Mübariz Quliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki