image-qanunla-reklam
image-87606358

Salyanda“Şuşa ili”nə həsr olunmuş tədbir keçirilmişdir

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, hərbçilər, idarə, müəssisə, təkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə tarixi keçmişimizə aid olan eksponatlardan, istedadlı uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirdə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Şuşaya aid  videoçarx nümayiş etdirilmişdir. Tədbir rayonun mədəniyyət müəssisələrində çalışan incəsənət ustalarınınifasında geniş ədəbi-bədii proqramla davam etdirilmişdir.

image-854e91a4b image-85575ecdf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki