image-qanunla-reklam
image-1653641390-62908e4a6204b62908e4a6204c165364077862908e4a6204962908e4a6204a

Ələt Azad İqtisadi Zonasında hava limanının tikilməsi təklif olunub

image-lady-day-az

“İnşallah, yaxın günlərdə, gələn həftə deputatların ilk qrupunun Ələt Azad İqtisadi Zonasına ziyarəti gerçəkləşəcək”.

“Qanunla.az”ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullyayev bildirib.

Razi Nurullayev deyib ki, hamımız gözümüzü Ələtə tikmişik ki, on minlərlə iş yeri yaradacaq və Azərbaycanı ixracatçı bir ölkəyə çevirəcək: “Bizim əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Elə bu məqamdan çıxış edərək demək istəyirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini də gerçəkləşdirməliyik ki, bu cəlbediciliyi artıraq. Hava yükdaşımalarının birbaşa zonada yerləşməsi zonanı daha cəlbedici edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo