image-qanunla-reklam
image-1623047270-selim-muslumov1

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR – SİYAHI

image-lady-day-az

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.

“Qanunla.az” apa-ya istinadən xəbər verir ki, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo