image-qanunla-reklam
image-media-bayraq-2-bpfi5hjue1s8cvqzyxn6

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

image-lady-day-az

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur.

Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.  Bu bayram Azərbaycanın dövlət rəmzlərinə verilən dəyərin və xalqın bu simvollara olan hörmətinin göstəricisidir. Bayraq, milli birliyin, müstəqilliyin və suverenliyin əsas rəmzlərindən biridir, ona görə də bu günün qeyd edilməsi dövlətə və onun dəyərlərinə hörmətin simvolu kimi qəbul olunur. Bu gün müstəqil Azərbaycan dövləti bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Üçrənligli milli bayrağımız BMT-də və Avropanın mərkəzində dalğalanır , bizim varlığımızı gücümüzü bütün dünyaya tanıdır. Otuz illik həsrətdən sonra bizim bayrağımız Qarabağda , Xankəndində, Şuşada dalğalanır.

 

Zərdab rayonu Otmanoba kənd sakini, gənc fəal-Qubad İbrahimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki