image-qanunla-reklam
image-media-309928d4175077526753295378710996115-p5k9rl0q6eycbx2i4v1w

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biridir

image-lady-day-az

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biridir.

Prezident İlham Əliyevin 2022-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində elektrik stansiyasının tikintisinə qərar verilib və 2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Baş mühəndis deyir ki, Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın IDOM şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutunun mütəxəssisləri tikinti işlərinə paralel olaraq layihələndirməni də həyata keçiriblər.

Stansiya ərazisində 15 min kubmetrdən artıq svay vurulub və 7200 ton metal konstruksiya işi görülüb. Dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz xətti inşa olunub, iki qazpaylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. Yeni stansiyanın enerji sisteminə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.

“8 Noyabr” müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material daşınıb. Çinin “Dongfang” şirkətindən alınmış, ümumilikdə, 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd util qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub. Adətən belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni rekord müddətdə – 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki oxşar stansiyalarla müqayisədə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki